Bu eşq hekayəsi yaxın günlərdə rəsmiləşib.
Lent.az xəbər verir ki, 80 yaşlı birtaniyalı qadın 3 ildir Feysbukda 35 yaşlı misirli ilə yazışırmış. Nəhayət onlar sevgilərini rəsmiləşdirmək qərarına gəliblər.
Qadın bunun üçün Londondan Qahirəyə gəlib və sevgilisinə qovuşub. Onun yerli mediaya müsahibəsində ilk sözü bu olub: “Deyib-gülən olmadığım üçün ərim 45 il əvvəl məni boşayıb. İndi ona deyirəm ki, mən artıq başqa adamam”.