Norveçin Telemark şəhər məhkəməsi Anders Breyvikin vaxtından əvvəl azad olunmaqla bağlı iddiasını rədd edib.
Lent.az-ın xəbərinə görə, məhkəmənin qərarında göstərilir ki, Breyvikin yenə də terror hücumu törətməsi riski aradan qalxmayıb.
Qeyd edək ki, Breyvik ötən ay məhkəməyə müraciət edərək vaxtından əvvəl azad olunmasını istəyib. O, Ali məhkəməyə müraciətində göstərib ki, artıq həbsxanada 10 ildən çox vaxt keçirdiyi üçün cəzası şərti azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər.
Xatırladaq ki, Anders Breyvikin 22 iyul 2011-ci ildə Osloda törətdiyi partlayışda 77 nəfər həyatını itirib. Məhkəmənin hökmü ilə Breyvik Norveç qanunvericiliyinin müəyyən etdiyi ən yüksək həddə - 21 il azadlıqdan məhrum edilib. Lakin bu müddət prokurorluğun zəruri hesab etdiyi hallarda sonsuz sayda uzadıla bilər.