Diyarbakırda 72 saat sonra dağıntılar altından çıxarılan yaralı qadın azalan ümidləri yenidən gücləndirib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında çıxarılan 45 yaşlı Yazgül Çaçan ayaqları qırılmış olsa da, özünü yaxşı hiss etdiyini bildirib.
Yazgülə ilk tibbi müdaxilə elə dağıntı altında edilib. Soyuq və çətin şərtlər altında sağ tapılan hər bir insan ailələrinin sağ qalmasına ümid edənlər üçün təsəllidir. Çünki zamana qarşı yarış gedir.