İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 6 gəminin çıxışına icazə verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü təxminən 121 451 tondur. Onlar Türkiyə, İspaniya və İtaliyaya taxıl və qarğıdalı daşıyır.