Zimbabvedə 57 yaşlı Violet Moyo tarlada ona hücum edən aslanı yalın əlləri ilə boğub.
APA xəbər verir ki, bu barədə “AdomOnline” portalı məlumat yayıb.
“Aslan caynaqları ilə boğazıma zərbə endirmək istədi, caynaqlarını sol yanağıma vurana qədər zərbələrdən yayınırdım. Sonra instinktiv olaraq onun boğazından tutub boğdum. Mübarizə əzmini itirənə qədər onu bərk-bərk boğdum”, - qadın qeyd edib.
Bundan sonra heyvanın onu buraxaraq qaçıb.
Qadın hazırda xəstəxanada aldığı xəsarətlərdən müalicə olunur.