Bu günlərdə Britaniyanın Sauthempton şəhərinin sakinləri qeyri-adi hadisəyə şahidlik ediblər.
Lent.az-ın xəbərinə görə, sakinlər 5 metrlik piton ilanının evə girməsini gözləri ilə görüblər. Evlərdən birindən qaçan nəhəng canlı binanın damına çıxıb və açıq pəncərədən evlərin birinə girib. Ev sahibləri evdə olmadığı üçün hadisə şahidləri xilasetmə xidmətini çağırıblar. Heyvan hüquqlarının müdafiəçiləri nəhəng pitonu çətinliklə də olsa kənarlaşdıra bilib.
Bioloqlar bildirirlər ki, son günlər havalar istiləndiyi üçün evdə saxlanan ekzotik heyvanlar aqressivləşib və qaçmağa meylli olub.