457 nəfəri SEL APARDI
01 avqust 2022 18:10 (UTC +04:00)

457 nəfəri SEL APARDI

Pakistanda güclü yağışlar insanların ölümünə səbəb olub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sel daşqınları nəticəsində təkcə bu gün 22 nəfər həyatını itirib.

Ümumilikdə isə ölkədə iyun ayından bəri davam edən yağışlar nəticəsində ölənlərin sayı 457 nəfərdir.

Qeyd edək ki, güclü yağışlardan ən çox zərər çəkən Bəlucistan əyaləti olub. Ştat üzrə 10 129 evə ziyan dəyib, 3 406 ev isə tamamilə dağılıb. Yağışlar nəticəsində 16 körpü və 640 kilometr avtomobil yolu zədələnib,  20 mindən çox heyvanı tələf olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3324
avatar

Aytəkin Cəlali

Oxşar yazılar