Ufada kanat yolu dayanıb.
Lent.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər kabinlərdə ilişib qalıb.
Şəhər mülki müdafiə idarəsindən verilən məlumata görə, qəza kanat dayaqlarından birində aşağı tezlikli avtomatik idarəetmə kabelinin zədələnməsi səbəbindən baş verib.
Xilasedicilər dırmanma avadanlığının köməyi ilə 12-si uşaq olmaqla 40 nəfəri kabinələrdən təxliyə ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Funikulyor təmirə bağlanıb
.