4 Avropa ölkəsi Ukraynaya bu silahları  verəcək
02 oktyabr 2022 20:22 (UTC +04:00)

4 Avropa ölkəsi Ukraynaya bu silahları verəcək

0

Almaniya, Danimarka, Norveç və Fransa Ukraynaya 16 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır.

Lent.az-ın “France-Presse”ə istinadla xəbərinə görə, bu barədə Almaniya hökumətindəki mənbə məlumat verib.

Almaniya, Danimarka və Norveç Ukrayna ordusu üçün Slovakiya istehsalı olan “Zuzana-2” toplarını tədarük edəcəklər. Layihənin dəyəri 92 milyon avrodur. Çatdırılma 2023-cü ilə nəzərdə tutulub.

Fransa isə Kiyev üçün 6 ədəd “Caesar” haubitsası tədarük etməyi planlaşdırır.   
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2548

Oxşar yazılar