35 min azarkeşə stadiondan çıxmağa  icazə verilmədi
17 oktyabr 2023 06:20 (UTC +04:00)

35 min azarkeşə stadiondan çıxmağa icazə verilmədi

Belçikada 35 min futbol azarkeşi İsveçlə oyundan sonra 4 saat stadionu tərk edə bilməyib.

Lent.az xəbər verir ki, bu barədə VRT TV məlumat yayıb.

Buna səbəb iki isveçli azarkeşin terrorçu tərəfindən öldürülməsindən sonra yaranan təhlükəsizlik tədbirləri olub.

Kral Boduen stadionunda keçirilən matçın yalnız bir hissəsi oynanılıb.

Polis tamaşaçılara yerlərində qalmağı əmr edib.

Hadisə yerindən qaçan cinayətkar sosial şəbəkələrdə müsəlmanlar adından isveçlilərdən qisas alacağına söz verdiyi videonu yayıb.

Buna görə də polis azarkeşlərin təhlükəsiz təxliyəsi üçün stadiona xeyli qüvvə cəlb edib.

Belə ki, 35 min insan təxminən 4 saat stadionda qalıb, bundan sonra polis saat 23:47-də təxliyəyə başlayıb və 30 dəqiqə sonra proses başa çatıb.

Qeyd edək ki, matçdan əvvəl İŞİD üzvi olan şəxs kalşnikov avtomatı ilə iki nəfəri öldürüb.

Belçika polisinin sözçüsü Erik Van Der Cypt-in sözlərinə görə, Brüsseldəki hücumla İsraildəki münaqişə arasında heç bir əlaqə müəyyən edilməyib. Hüquq-mühafizə orqanları silahlı cinayətkarı axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Oxşar yazılar