31 yaşlı kişini arvadı  qətlə yetirdi
19 avqust 2022 03:35 (UTC +04:00)

31 yaşlı kişini arvadı qətlə yetirdi

Rusiyanın Volqoqrad şəhərində 31 yaşlı kişi qətlə yetirilib.

Lent.az-ın xəbərinə görə, İstintaq Komitəsinin regional idarəsi bildirib ki, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Cinayət avqustun 16-da törədilib. Sərxoş olan 31 yaşlı kişi mətbəxdə həyat yoldaşı ilə mübahisə edib və onu döyməyə başlayıb.

Zərərçəkmiş özünü müdafiə edərək, bıçağı götürərək ərini sinəsindən bıçaqlayıb.

Eyni zamanda, kişinin ölə biləcəyini anlayan qadın dərhal təcili yardım çağırıb. 

Hadisə yerinə gələn həkimlər yaralının ölü görüblər.

Hazırda istintaq hərəkətləri davam etdirilir, baş verənlərin təfərrüatları müəyyənləşdirilir. 
 

# 3909
avatar

Oxşar yazılar