2050-ci ilə qədər Yer kürəsində altıncı kütləvi ölüm gözlənilir.
Lent.az "Live Science" jurnalına istinadən xəbər verir ki, 2050-ci ildə yerdə kütləvi heyvan qırğınları başlayacaq və bir sıra heyvanların adı “Qırmızı kitab”a düşəcək.
Yeni Zelandiyanın Otaqo Universitetinin alimlərinin proqnozları qorxuncdur. Onların hesablamalarına görə, heyvanların 40 faizinin kökü kəsiləcək.
Bir çox növlər yeni iqlim şəraitinə adaptasiya ola bilməyəcəklər. Alimlərin proqnozlarına görə, indiki böhran bizi məhz bu acı nəticəyə doğru aparır.
“Qırmızı kitab”a əsasən, hazırda 41 000 heyvan növünün kökünün kəsilmə təhlükəsi var. Onlar arasında Sumatra oranqutanı, Uzaq Şərq leopardı, sumatra fili, qara kərkədanın da adları çəkilir. Vəhşi təbiətdə cəmi 70 baş Uzaq Şəqr leopardı, 10 baş Kaliforniya dəniz donuzu qalıb. Mütəxəssislərin fikrincə, bütün növlərin məhvində insan fəaliyyəti istisnasız rol oynayır.