20 tonluq qızıl yatağı aşkarlandı
11 iyun 2021 06:05 (UTC +04:00)

20 tonluq qızıl yatağı aşkarlandı

0

Türkiyənin Ağrı vilayətində 20 ton qızıl və 3,5 ton gümüş ehtiyatı aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlama verib.

O bildirib ki, qızıl ehtiyatlarının dəyəri 1,2 milyard dollar, gümüş ehtiyatlarının dəyəri isə 2, 8 milyon dollardır. Nazirinin sözlərinə görə, ehtiyatların gələn il çıxarılması planlaşdırılır.

Qızıl ehtiyatlarının emalı üçün ərazidə yeni müəssisələr tikiləcək. Bu da yüzlərlə yerli sakinin işlə təmin olunması deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1944

Oxşar yazılar