20 illik həbsdən sonra günahsız olduqları bilindi
07 mart 2021 07:42 (UTC +04:00)

20 illik həbsdən sonra günahsız olduqları bilindi

Nyu-Yorkda törətmədikləri cinayət əməlinə görə həbs edilmiş üç məhbus 20 ildən sonra azadlığa buraxılıb.

APA xəbər verir ki, bu barədə “Daily Beast” yazıb.

ABŞ vətəndaşları olan Corc Bell, Roan Bolt və Qari Conson şəhər ərazisindəki qəbzlərin nağdlaşdırılması xidmətini qarət etməkdə və ikiqat qətl törətməkdə təqsirli bilinərək həbs olunmuşdular. 20 il keçdikdən sonra məhkəmə müdafiə tərəfinin dəlillərinə təkrarən baxıb və hökmü ləğv edib.

İstintaq araşdırması 1996-cı ildə başladılmışdı. Hüquq-mühafizə orqanları əsl günahkarları axtarmaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar