2 yaşlı qız ilanı belə öldürdü-FOTO
14 avqust 2022 13:50 (UTC +04:00)

2 yaşlı qız ilanı belə öldürdü-FOTO

Türkiyədə 2 yaşlı qız ilanı dişləyərək öldürüb.

Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə bu il avqustun 10-da uşaq evlərinin arxasında həyətdə oynayarkən baş verib.

Gözlənilmədən ilan qızın alt dodağından dişləyib. Uşaq qorxaraq qışqırıb. Səsə qonşu gəlib və uşağın dişləri ilə 50 sm uzunluqda ilanı möhkəm sıxdığını görüb.

İlan öldükdən sonra qonşu təcili yardım briqadasını çağırıb. Uşaq lazımi tibbi yardımdan sonra 1 sutka xəstəxanada saxlanılıb, hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, hadisə baş verən zaman uşağın atası işdə olub.

# 6309
avatar

Oxşar yazılar