17 ölkə Trampı qınayaraq ÜST-ü dəstəklədi
17 aprel 2020 05:39 (UTC +04:00)

17 ölkə Trampı qınayaraq ÜST-ü dəstəklədi

 

Aralarında Almaniya və Fransanın da olduğu 17 ölkə koronavirusun yayılması və ABŞ Prezidenti Donald Trampın tənqidləri fonunda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dəstək verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın təşəbbüsü ilə 2018-ci ildə multirateralizmə (çoxtərəflilik) dəstək üçün təşkil edilən tanınmamış Alyansın 17 ölkəsinin XİN rəhbərlərinin iştirakı ilə keçirilmiş videokonfransın nəticələrinə dair birgə bəyanatda deyilir.

Nazirlər pandemiya böhranı ərəfəsində BMT-nin qlobal həmrəylik çağırışını dəstəklədiklərini qeyd edərək, “xüsusi olaraq epidemiyanın qarşısının alınmasında ÜST-ün rolunu” vurğulayıblar. Videokonfrans zamanı tibbi ləvazimatlara çıxışın təmin edilməsi, dezinformasiya ilə mübarizə və səhiyyə sisteminin gücləndirilməsi kimi mövzular da müzakirə olunub.

Danışıqlarda Argentina, Belçika, Almaniya, Dominikan Respublikası, İrlandiya, Kanada, Meksika, Hollandiya, Norveç, Peru, Sinqapur, Finlandiya, Fransa, Çili, İsveç, Estoniya, CAR-ın xarici işlər nazirləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Oxşar yazılar