14 nəfərin intiharına  səbəb olan aşpaz HƏBS OLUNDU
13 dekabr 2023 14:50 (UTC +04:00)

14 nəfərin intiharına səbəb olan aşpaz HƏBS OLUNDU

Kanadalı aşpaz Kennet Lou Ontarioda 14 nəfərin intiharına səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, York Regional Polisindən müfəttiş Saymon Ceyms bildirib ki, Lou intiharlara kömək etdiyi və sözügedən 14 nəfərin ölümünə səbəb olduğu üçün 28 ayrı ittihamla mühakimə olunacaq.

Kanada qanunlarına görə, Lou 2-ci dərəcəli qətl ittihamı ilə ömürlük həbslə üzləşə bilər.

Lounun 40 ölkəyə təqribən 1200 paket “intihar dəsti” göndərdiyi, bunlardan 160-nın Kanadadakı ünvanlara çatdırıldığı bildirilib.

Barəsində 28 ittiham irəli sürülən Lou may ayında Ontarioda 16-36 yaş arası bir çox insanın ölümünə səbəb olduğu üçün saxlanılıb.

İngiltərə Milli Cinayət Agentliyi (NCA) Lounun paketləri ölkədəki 272 ünvana göndərdiyini və onları alan 90 nəfərin həyatını itirdiyini iddia edib. Lakin bu insanların ölümünə “intihar dəstləri”nin səbəb olub-olmadığı hələ təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Oxşar yazılar