14 il mağarada gizləndi: Nəvəsinə görə polisə TƏSLİM OLDU
10 mart 2023 14:47 (UTC +04:00)

14 il mağarada gizləndi: Nəvəsinə görə polisə TƏSLİM OLDU

Çinin Xubay əyalətindən olan 50 yaşlı Lyu Mouvfu ölkəsində gündəm olub.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, 2009-cu ilin dekabrında iki dostu ilə birgə yanacaq doldurma məntəqəsini qarət edən Mouvfu düz 14 il gizlənib.

Məlumata görə, yaşadığı yerdən o qədər də uzaq olmayan dağlardakı mağaraya sığınıb. 

Bu illər ərzində gecələr evinə gələrək ailəsi ilə görüşüb və dərhal da geri qayıdıb. Amma nəvəsi olandan sonra artıq dözə bilməyib. 

Ona görə də mağaranı birdəfəlik tərk edərək polisə təslim olub. İndi onu yerli qanunvericiliyə görə 3 ilə qədər həbs gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208

Oxşar yazılar