14 il gizlənən qatil, qırmızı işığa görə  tutuldu
25 sentyabr 2024 15:39 (UTC +04:00)

14 il gizlənən qatil, qırmızı işığa görə tutuldu

ABŞ-ın Florida ştatında 14 ildir gizlənən qatil avtomobili ilə işıqforun qırmızı işığında keçdiyi üçün yaxalanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 43 yaşlı Timoti Hikerson yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Araşdırma zamanı polis onun Virciniya ştatında axtarışda olduğunu müəyyən edib.

İstintaqın məlumatına görə, 2010-cu ilin martında Hikerson 23 yaşlı Şeyn Donahunun evinə girərək onu qarət edib. Bir neçə gün sonra Donahu yoxa çıxıb.

Hikersonun niyə onu öldürdüyü hələ də məlum deyil. İllər keçsə də, polis Donahunun qalıqlarını da tapa bilməyib.

Cinayətkar Virciniyaya ekstradisiya olunana qədər həbsxanada saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar