11 maşın toqquşdu
19 oktyabr 2023 02:46 (UTC +04:00)

11 maşın toqquşdu

İstanbulun Üsküdar rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

11 avtomobil, 1 TOMA (kütləvi ixtişaşlara müdaxilə maşını) və 2 motosikletin iştirakı ilə qəza baş verib.

Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.

Qəza səbəbindən Şile şosesi Altunizadə istiqamətində hərəkət dayanıb.

Üsküdar istiqamətində hərəkət edən və əyləcinin tutmadığı iddia edilən Çevik Müdaxilə Vasitəsi (TOMA) qarşısındakı avtomobilə çırpılaraq dayanıb. 

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu polis və tibbi qruplar göndərilib. Sağlamlıq qruplarının müdaxiləsinin ardından yaralı motosiklet sürücüsü xəstəxanasına aparılıb.

Qəza səbəbiylə Şile Otoyolu Altunizade mövqeyində yol trafikə bağlanıldı.

Təxminən 2 saatdan sonra qəzaya qarışan avtomobillər çıxarıldıqdan sonra yol hərəkətə açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3055

Oxşar yazılar