1 yaşlı qız əkiz bacısını beynində gəzdirirmiş - Heyrətamiz HADİSƏ
09 mart 2023 16:15 (UTC +04:00)

1 yaşlı qız əkiz bacısını beynində gəzdirirmiş - Heyrətamiz HADİSƏ

0

Çinli həkimlər inkişafdan geri qalan və başı çox böyük olan bir yaşlı qızın kəllə sümüyünün rentgenini çəkiblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər onun beynində inkişaf etməmiş döl tapıblar. Onlar dölün 1 yaşlı qızın əkiz bacısı olduğuna qərar veriblər. Bu döl həm də parazitar əkiz adlanır. Embrionlar uteroda bağlanır, lakin onlardan yalnız biri inkişaf etməyə davam edir. Ancaq inkişaf etməmiş əkiz beyində olduqca nadir hallarda görünür.

Həkimlər qərara gəliblər ki, bir yaşlı uşağın sağlamlığı naminə parazitar əkiz çıxarılmalıdır. Qolları və əlləri ilkin formaya düşən, eləcə də onurğa sütunu ilə birgə təxminən 10 santimetr uzunluğunda olan döl kəsilib.

Çox güman ki, döl bacının beyninə sinir lövhəsinin (mərkəzi sinir sisteminin rudimenti) formalaşması zamanı daxil olub. Bu, dölün qızın kəllə sümüyünün içərisinə necə düşə biləcəyini izah edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1774

Oxşar yazılar