Gecə yola çıxmaq qadağandır!
02 iyul 2011 21:29 (UTC +04:00)

Gecə yola çıxmaq qadağandır!

Lent.az-ın “journalducameroun.com”a istinadla xəbərinə görə, saat 21.00-dan 05.00-dək ölkənin avtomobil yollarında bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Qərarı pozan fiziki şəxsləri cərimə olunacaq, hüquqi şəxslərin isə qeydiyyatı ləğv ediləcək.

Nazirlik qərarını belə əsaslandırıb: “Gecə səfərləri sutkalıq hərəkətin cəmi 5%-ni təşkil edir, lakin qəzaların 35%-i sutkanın qaranlıq vaxtlarında baş verir”.

Kamerun dünyanın ən pis yol infrastrukturuna malik ölkələrdəndir. Avtomobil yollarının cəmi 20%-i asfaltlanıb, qalan əraziləri isə yol deyil istiqamət hesab etmək olar. Hətta gündüz vaxtı avtomobilin yolda qalması adi haldır. Digər tərəfdən nəqliyyat şirkətləri bir-birini qabaqlamaq üçün qaydaları müntəzəm şəkildə pozurlar.

Qərar nəqliyyat şirkətləri və fermerlərin ciddi narazılığına səbəb olub. Digər tərəfdən, Kamerunda illərlə kök salan bir adət də dəyişir: belə ki, Kamerun əhalisi vəfat edən qohumlarını öz vətənində dəfn etməyi tərcih edir. Cənazə daşıyan avtomobillər isə bir qayda olaraq yola gecələr çıxır. İndi isə katafalklar da iş rejimini dəyişəcək.

Ekspertlər isə qərarın iqtisadiyyata ziyan vuracağını iddia edirlər. Onların fikrincə belə sərt qərar yerinə problemləri həll etmək daha çox yerinə düşərdi.

Xatırladaq ki, əhalisinin sayı 19.5 milyon nəfər olan Kamerunda hər il orta hesabla 1000 – 1200 nəfər avtomobil qəzalarında həlak olur. Həftə sonları isə şəhərlər və magistral yollar qan gölünə çevrilir. Azərbaycan kimi burada da ikinci əl idxal avtomobillər üstünlük təşkil edir. İdxal avtomobillərin 60%-dən çoxunun yaşı 10-15 arasında dəyişir. Avtoparkın köhnə olması da qəza riskini artırır.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar