Qəddafi müharibəni Avropaya keçirtməklə hədələdi
Lent.az-ın məlumatına görə, Qəddafi bildirib ki, NATO hərbi kampaniyanı dayandırmasa, Avropa qitəsinin ərazisinə hücum edəcək.
Polkovnik üzünü qərb ölkələrinə tutaraq deyib: “Liviyalılar gözəl günlərin birində Avropanı döyüş meydanına çevirmək iqtidarındadırlar. Orada qanuni hərbi hədəflər sizin evləriniz, ofisləriniz, ailələriniz olacaq. Necə ki, hazırda sizin hədəfinizdə bizim evlərdir”.
Bu hədələr Qəddafinin paytaxt Tripolinin əsas meydanına toplaşmış minlərlə tərəfdarına audio-müraciətində səsləndirilib. Onların cümə günü nümayişi son həftələrdə ən iri aksiyalardan olub.
Liviya lideri bunları vəd edib: “Biz sizinlə sizin bizimlə etdiyiniz kimi rəftar edəcəyik. Belə qərar verilsə, biz Avropaya çəyirtkə, arı beçəsi kimi doluşacağıq. Nə qədər ki, fəlakətlə üzləşməmisiniz, sizə ölkəmizdən rədd olmağı məsləhət görürük”.
Naməlum məkandan translyasiya olunan nitqində Qəddafi özünə qarşı vuruşan liviyalı üsyançıları satqın adlandırıb və tərəfdarlarını Fransanın qiyamçılara verdiyi silahları ələ keçirməyə çağırıb.
Bu günlərdə Fransanın qiyamçılara 40 ton silah, o cümlədən, tank əleyhinə raketlər verdiyi üzə çıxıb. Fransalı hərbçilər bu faktı qismən etiraf ediblər. Onların sözlərinə görə, Liviya müxalifəti raketlər yox, yalnız yüngül silahlar alıb. İstənilən halda, Fransa Qəddafi qüvvələrinə qarşı vuruşanları silahlandırdığını rəsmən etiraf edən ilk NATO ölkəsi olub.
Liviya liderinə dəstək məqsədilə çoxsaylı nümayişlər Haaqa Beynəlxalq Ali Məhkəməsinin Müəmmar Qəddafi və onun oğlu Seyf əl-İslamın həbsinə order verməsindən sonra keçirilib. Seyf əl-İslam “Russia Today”a müsahibəsində deyib ki, Liviya NATO üçün “McDonalds” kimi bir şeydir: “Onlar sürətli müharibəni “fast-food” kimi qəbul edirlər.
Qeyd edək ki, Qərbin Liviyada hərbi əməliyyatları martın 19-dan davam edir. Hərbi əməliyyatda Böyük Britaniya, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir. “Birləşmiş müdafiəçi” şərti adı alan və NATO-nun komandanlığı altında keçirilən əməliyyatın məqsədi silah daşınmasına, uçuşsuz zonaya embarqonun təmin edilməsi və vətəndaşların müdafiəsi üçün tədbirlərin görülməsindən ibarətdir. Mandat müddəti iyunun 27-də başa çatıb, lakin iyunun 1-də NATO əməliyyatı daha 90 gün – sentyabrın sonlarınadək uzadıb.

Oxşar yazılar

Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56