Hollandiyada müsəlmanlara ağır zərbə
Hollandiyada heyvanları dini qaydalara uyğun kəsmək qadağan edilib. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, söhbət inək və qoyunların keyləşdirilmədən kəsilməsinə qadağa qoyulmasından gedir.
Hollandiya parlamentində 116 deputatdan yalnız 30 nəfər qanun layihəsinin əleyhinə səs verib. Qanun layihəsinin təşəbbüskarı parlamentdə 2 mandata malik Canlıları Mühafizə Partiyasının fraksiya rəhbəri Marianne Timedir. O, parlamentdəki müzakirələr zamanı deyib ki, heyvanları keyləşdirməkdən kəsməklə onlara əzab verirlər.
Qeyd edək ki, qanun layihəsinin müzakirəsi 3 ildir ki, davam edir. Qanun parlamentin yuxarı palatasının onu təsdiq etməsindən sonra qüvvəyə minəcək. Müşahidəçilər qanun layihəsinin parlamentin yuxarı palatasında qəbul ediləcəyinə şübhə etmirlər.
Hollandiyadakı müsəlman və yəhudi icmasının təmsilçiləri isə bu qanunun qəbuluna kəskin etiraz edir, bu qanunun ksenofobiya elementləri daşıdığını bildirirlər. Qanun layihəsinin parlamentdə tək sol partiyalar deyil, Hollandiyaya miqrasiyanın məhdudlaşdırılmasına çalışan radikal Azadlıq Partiyasının lideri Geert Vilders də dəstəkləyib.
Sosioloji sorğular Hollandiyada əhalinin bu qanunu dəstəklədiyini göstərir. Müsəlmanlara və yəhudilərə isə keyləşdirildikdən sonra kəsilmiş heyvan əti yeməmələri üçün xaricdən alınan ət məhsullarından istifadə məsləhət görülür.
Xatırladaq ki, iki həftə əvvəl Hollandiyada müsəlman və yəhudi icmalarının, o cümlədən qanunu dini azadlıqların pozulması kimi qiymətləndirən xristian partiyalarının üzvlərinin də iştirak ilə aksiya keçirilib. Onlar hesab edirlər ki, sənaye üsulu ilə heyvanların keyləşdirilərək kəsilməsi canlılara daha çox işgəncə verir.
Hollandiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hər il ölkədə dini adət-ənənələrə uyğun olaraq 364 min 800 inək, toyuq, qoyun və keçi kəsilir. Ancaq qeyri-rəsmi məlumatlara görə, hər il 2 milyona yaxın heyvan keyləşdirilmədən kəsilir.
Heyvanların dini qaydalara uyğun kəsilməsi İsveç və Avstriyada da qadağan olunub.

549