İranda siyasi müxalifətin susdurulması üsulu
Lent.az-ın İngiltərədə çıxan «Guardian»qəzetinə istinadən məlumatına görə, İranın bir çox həbsxanasında «qoruyuğular» adlanan məhkumlar olur. Ağır cinayətlər törətmiş həmin məhkumlar müxalifətdən olan siyasi məhbuslara cinsi təcavüz etmək üçün saxlanılır. Qəzet yazır ki, bu haqda məhbuslar qohumlarına yazdıqları məktubda bildiriblər. Mehdi Mahmudian adlı bir dustağın məktubunda bildirilib ki, o, islahatyönlü siyasi partiyanın üzvüdür. 2009-cu ildə keçirilmiş prezident seçkisindən sonra tutulub. Hazırda o, Tehranın 20 km-dəki Kərəc yaxınlığında yerləşən Rəcaişəhr zindanında saxlanılır.
M.Mahmudian yazır: «Çeşidli həbsxanalarda dustaqların zorlanması adi hal alıb. Bu, həbsxana rəhbərliyinin göstərişi ilə həyata keçirilir».
O, siyasi məhbus yoldaşının bir gecədə 7 dəfə zorlandığını yazıb: «Həbsxana rəhbərliyinə bununla bağlı müraciət edəndə suçluları cəzalandırmaqdansa, ona cəza verərək, tək adamlıq kameraya yolladılar”.
Tehran hakimiyyəti məhz bu sayaq əməllərinin beynəlxalq ictimaiyyət tərəfindən bilinəcəyindən, habelə təsdiqlənəcəyindən qorxaraq, BMT-nin nümayəndəsinin ölkəyə gəlməsinə imkan vermir. BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.
Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi İran hakimiyyətinin dinc müxaliflərə, o cümlədən də məhbus jurnalistlərə qarşı ardıcıl repressiyalarından danışıb.
Ötən həftə jurnalistlərlə görüşündə Şirin İbadi deyib: “Həbsdə saxlanan siyasi məhbusların bir-birinin ardınca ölməsi İran hakimiyyətinin siyasi müxalifləri sistematik şəkildə məhv etmək niyyətində olduğunu göstərir. Bəzən öz mövqeyindən dönməyən, yalançı etiraflar verməyə razılaşmayan siyasi məhbusu müxtəlif yollarla sındırmağa çalışırlar. Həmin işgəncələr isə sonda məhbusun ölümünə gətirir. Baş verən cinayətlər bir-iki məmurun işi olsaydı, onda İran hakimiyyəti onların tutulub cəzalandırılmasına, məsələnin araşdırılmasına göstəriş verərdi. Lakin biz bu günə qədər hər hansı məmurun bu cinayətlərlə bağlı tutulub cəzalandırılmasını və ya məhkəməyə verilməsini görməmişik”.
Ölkə rəhbərliyinin, onun deputatlarının, eləcə də bu rejimin havadarlarının həbsxanalardakı işgəncə üsullarından ikisini yada salmaq istərdik:
Kişilərin xədim edilməsi. Bu üsulla siyasi və iradəcə möhkəm məhbuslara işgəncə verilir. Bu üsulun Tehrandakı «Evin» adlı həbsxanada dəfələrlə gerçəkləşdiyi məlumdur. Bu işgəncə verilərkən məhbusların bir çoxu qanaxmadan ölür.
Qadınların süd vəzilərinin, cinsiyyət üzvlərinin kəsilməsi və yandırılması işgəncə üsulu hakimiyyətə qarşı olan siyasi fəallara tətbiq edilir. İran daxilində və mühacirətdə belə işgəncələrə məruz qalmış çoxlu sayda insan bu gün də yaşamaqdadır.
Zorlama. Bu alçaldıcı işgəncə üsulu İranın bütün həbsxana və təcridxanalarında qadın, yaxud kişi məhbuslara qarşı istifadə olunur. Siyasi məhbusların alçaltmaqdan ötrü bu üsuldan yararlanırlar. Bu üsul daha çox qadınlara şamil edilsə də, hakimiyyət kişilərin daha da alçaldılması üçün tətbiq edir. Zorlama bir neçə məmur və ya həbsxana məsulları tərəfindən həyata keçirilir. Barələrində edam hökmü çıxarılmış qadınlar və qızlar əksər hallarda cinsi zorakılığa məruz qalır. Məhbusu təhqir etmək üçün isti dəmir, butulka və s.-dən istifadə olunur.
Yeri gəlmişkən, təxminən iki il öncə, İsveçdə yaşayan Rza Əllaməzadənin İran zindanlarında qadın siyasi məhbusların zorlanmasına və s. zorakılığa məruz qalmasına dair iki sənədli filmi – «İndi çox yorğunam» və «Bəli, halım yaxşıdır» - yayılmışdı.
Müsahibə əsasında hazırlanmış filmlər 1980-ci illərdə Tehranın «Evin» zindanında iki siyasi məhbus qadının çəkdiyi əzablardan bəhs edir. Filmləri R.Əllaməzadə 4 il öncə Stokholmda çəksə də, onu İranda prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən və tutularaq, zindanda zorlananlarla söhbət etdikdən sonra yaymaq qərarına gəldiyini söyləyib.
Hakimiyyət müxalifləri bu yolla susdurmaq istəyir. Düz, 32 ildir, mövcud iqtidar bu kimi zorakı vasitələrdən istifadə etməkdədir…
Sədrəddin Soltan

503