Berluskoni sevdiyini başqasına ərə verdi - FOTO
27 iyun 2011 19:13 (UTC +04:00)

Berluskoni sevdiyini başqasına ərə verdi - FOTO

Lent.az-ın dünya mətbuatına istinadən məlumatına görə, nazir Mara Karfanyanın bir zamanlar baş nazir Berluskoni ilə sevgili olduğu bildirilirdi. Keçmiş fotomodel, hazırkı nazir “Maxim” kişi jurnalı tərəfindən “dünyanın ən seksual naziri” seçilib. 36 yaşlı Mara Karfanya 4 ildir, sevgili olduğu Marko Mezzaromayla evlənib.
Baş nazir Silvio Berluskoni isə onların nikah şahidi olub.


İtaliyan baş nazir nikahda bəyə zarafatla “Maranı sənə əmanət edirəm. Amma təəssüf ki, parlamentdə işlərin çoxluğundan bal ayınızı bir müddət təxirə salacaqsınız” deyə, söz də artıb.

Qeyd edək ki, bir zamanlar Berluskoni Karfanyaya “evli olmasam, dərhal səninlə qaçardım” deyərək, böyük qalmaqala imza atmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar