İranın “atom sınağı”: təxribat, yoxsa gerçəklik? - ŞƏRH
Tehran hakimiyyətinin atom-nüvə proqramında inadlı davranışı və israrı, eləcə də beynəlxalq ictimaiyyətin İrana qarşı basqıları təbii olaraq, çeşidli sualların yaranmasına səbəb olur: “Hansı tərəf haqlıdır? Tehran hakimiyyəti nədən proqramında şəffaflığı təmin etmir? İran rəhbərliyi atom-nüvə proqramını dayandırmayıb, insan haqlarını pozaraq, sanksiyaların tətbiqini niyə üstünlük verir? Və s...”
Baş verənlərdən belə qənaətə gəlmək olar ki, insan haqlarını tapdadığına, atom proqramında şəffaflığı təmin etmədiyinə görə suç daha çox İran hakimiyyətindədir.
Bunu Tehran rəsmilərinin çıxışları da təsdiqləyir. İslam Respublikasının informasiya vasitələrinin məlumatına əsasən, İran nüvə yanacağı istehsal etmək üçün uranın zənginləşdirilməsini üç dəfə artırmaq niyyətindədir.
Bu məqsədlə istehsalın bir hissəsinin Nətənzdəki reaktordan gizli sayılan “Fərda” reaktoruna köçürülməsi planlaşdırılır. Orada daha müasir yeni sentrifuqalar tikilir.
Xüsusi mətbuat konfransında ölkə atom enerji təşkilatının başçısı Firudin Abbasi-Divani bildirib ki, bu yöndə araşdırma işləri başa çatıb, yaxın zamanlarda “Fərda”da yeni nəsil 164 sentrifuqa quraşdırılacaq.
2009-cu ildə “Fərda” zavodunun tikintisi İrana qarşı BMT Təhlükəsizlik Şurasının yeni sanksiyasının tətbiqinə əsas verib.
O, əlavə edib ki, gələn ilin aprelindəki İran müstəqil şəkildə yanacaq istehsal edəcək. “Qumdakı atom obyektində də uranın zənginləşdirilməsi üç dəfə artırılacaq” - deyə, Abbasi-Divani söyləyib.
Xatırladaq ki, ötən ayın sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın atom proqramının hərbi xarakterli olduğuna dair yeni məlumat aldığını bildirmişdi. Qurumun məsələ ilə bağlı yaydığı yeni hesabatda bildirilib ki, İran hakimiyyəti tədricən zəif zənginləşdirilmiş uran ehtiyatını artırır. Mütəxəssislərin dəyərləndirməsinə əsasən, bu ilin fevralında onların 3,6 ton uran ehtiyatı var idisə, indi bu rəqəm 4,105 tona çatıb. Hesabatda qeyd olunub ki, zəif zənginləşdirilmiş uran da 30 faiz artıb. Bir müddət öncə ehtiyatda olan uranın 56,7 kq-ı 20 faizədək zənginləşdirilib.
“France Presse”in məlumatına görə, hesabatda vurğulanıb ki, 2004-cü ildən sonra İran hakimiyyəti bu yöndə şübhəli fəaliyyətini davam etdirib.
AEBA-nın baş direktoru Yukio Amano mayın 6-da İran Atom Enerjisi Təşkilatının sədri Firidun Abbasiyə məktub yazaraq ondan bu barədə izahat verməsini, agentlik müfəttişlərinin bütün nüvə obyekt və təsisatlarla yaxından tanış olmasına, onların nüvə avadanlıqları, bu sahədə çalışan şəxslər, həmçinin İranın nüvə fəaliyyəti ilə bağlı bütün sənədləri nəzərdən keçirilməsi üçün şərait yaradılmasını istəmişdi.
Bütün bunlara baxmayaraq, Tehran hakimiyyəti hələ də atom-proqramının dinc mahiyyətli olduğunu bəyan etməkdədir. Uzun illərdir istismarında problem olan Buşəhr Atom Elektrik stansiyasına dair məsələyə münasibət bildirən, Abbasi-Divani deyib ki, yaxın iki ay ərzində bu stansiya tam gücü ilə işləyəcək
“MIGnews”-un məlumatına əsasən, İran İnqilab Keşikçiləri Qvardiyasının təmsilçisi quruma məxsus “gerdab” saytında yaydığı məqalədə İranın nüvə silahını sınaqdan çıxaracağını bildirib.
Yazıda belə bir ifadə də var: “Birisi gün adi günlərdən biri sayılsa da, ancaq bizlərdən çoxu üçün bu, millətin dirçəliş günü olacaq”.
“France Presse”-in məlumatına görə, Fransa rəhbərliyi İran hakimiyyətinin bu planını “təxribat” adlandıraraq, rəsmi Tehranı beynəlxalq hüququ ardıcıl olaraq pozmaqda suçlayıb.
Tehranın bu hərəkəti beynəlxalq münasibətlərə də problem yaradıb.
Ötən gün Venesuela ABŞ-la münasibətləri kəsdiyi haqda bəyanat verib. Rəsm Karakas bunu İrana benzin satdığına görə Ağ Evin Venesuela şirkətlərinə sanksiya tətbiqi ilə əlaqələndirib.
“Ekzaminer” saytı Venesuelanın xarici işlər naziri Nikolas Maduroya istinadən bildirib ki, ölkəsi Vaşinqtonla əlaqələri kəsdiyini elan edib. Nazir onda deyib ki, ABŞ-la gələcəkdə əlaqələrin bərpası mümkün deyil.
Yada salaq ki, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq mayın 24-də jurnalistlərə açıqlamasında İranın nüvə proqramına yardım edən 7 xarici şirkətə - “PCCI” (İranın Cerisi adasında), “Royal Oyster Group” (Birləşmiş Ərəb Əmirliyi), “Speedy Ships” (BƏƏ-İran müştərək şirkəti), “Tanker Pacific” (Sinqapur), “Ofer Brothers Group” (İsrail) və “Associated Shipbroking” (Monako) sanksiya qoyduqlarını bildirmişdi.
Ceyms Steynberq demişdi: “ABŞ dövlət katibi xanım Hillari Klinton İrana qarşı sanksiyaları pozan, onun nüvə proqramı ilə əməkdaşlıq edən 7 xarici şirkətə sanksiya qoyub. Bu addım İranı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrasına vadar etmək məqsədi ilə atılıb”.
Bundan başqa ABŞ Venesuelanın ən nəhəng “Petroleos de Venesuela S.A” yanacaq şirkətinə qarşı da sanksiya tətbiq edib. Bu şirkət Amerika bazarında sifariş qəbul etməkdən məhrum olub. Ceyms Steynberq daha sonra deyib: “Biz bununla dünyanın bütün şirkətlərinə xəbərdarlıq edirik: İranın energetika sahəsinə dəstək verərək, məsuliyyətsiz siyasət yürütsə, yaxud ABŞ-ın yasaqlarından yayınmaq üçün İrana yarım etsə, həmin şirkətlər ciddi çətinliklərlə üzləşəcək”.
Venesuelalı diplomat bu sanksiyanı “zəif dövlətlərə qarşı qanunsuz və təhqiredici” hal kimi dəyərləndirib. “Petroleos de Venesuela S.A”-nın başçısı Rafael Ramires isə deyib ki, İranla münasibətləri saxlamaq hər dövlətin öz işidir: “Bu bizim haqqımızdır və biz güzəştə getməyəcəyik”.
Onu da nəzərə almaq lazımdır ki, Venesuela ABŞ-a gündə bir milyon barrelə yaxın xam neft tədarük etməklə, idxalatçı əsas dövlətlərdəndir. Venesuela kimi dövlətlər də indiki durumda Afrikanın Şimalındakı inqilabların oranı da bürüyəcəyindən ehtiyatlanaraq, indidən özünə İranı tərəf olaraq seçir.
Beləliklə, Tehran hakimiyyəti “atom silahının sınağı” ilə beynəlxalq ictimaiyyəti, özəlliklə Amerika başda olmaqla Qərbi “oyuna” çəkir. İran rəhbərliyi bununla ona əks tərəfi “fakt” qarşısında qoymaq niyyətindədir. “Sınaq” məsələsindən ehtimal etmək olar ki, ola bilsin İslam Respublikası bu müddət ərzində atom silahı əldə edib və danışıqlar məsələsində üstün mövqedən çıxış etmək niyyətindədir. Yaxud bu, sadəcə Tehranın növbəti küyüdür. Bununla İran rejimi beynəlxalq ictimaiyyəti ona münasibətdə daha ehtiyatlı olmağa, onlarla ərəb dövlətlərindəki diktatorlar kimi davranmamağa çağırmağa səy göstərir.
Habelə Tehran bununla həm də sübut etmək istəyir ki, Qərbin və İsrailin kəşfiyyat qurumları “zəifdir”. Çünki ötən müddət ərzində onlar İranın atom-nüvə proqramı haqda gerçək məlumat əldə edə bilməyib.
Teokratik hakimiyyət bu bəyanatla beynəlxalq ictimaiyyətin səbrini də sınağa çəkməyə cəhd göstərir. Tehran belə davranışı ilə dünyanı İrana qarşı hərbi əməliyyatlara başlamağa da təhrik edir. Çünki mövcud iqtisadi-siyasi və sosial durumdan qurtulmaq üçün hakimiyyətin istənilən bu sayaq münaqişəyə qoşulmağa üstünlük verməsi ehtimalı da az deyil. O, bununla həm bölgəni daha ağır duruma salar, həm indiki rejimin qalmasını təmin edər, həm də ölkə daxilində savaş adı altında diktaturanın möhkəmləndirər.
Əks halda AEBA baş direktoru Yukio Amanonın bir ay öncə göndərdiyi məktubuna qvardiyaçının “atom silahının sınağını keçirəcəyik” bəyanatı ilə cavab verilməzdi.
Odur ki, dünya ictimaiyyəti üçün İranın atom proqramı yenə müəmma olaraq qalmaqdadır. Bu isə İslam Respublikası rəhbərliyinin suçlu olması ilə bağlı söylədiklərimizi bir daha təsdiqləyir.
Sədrəddin Soltan

554