İranın müdafiə naziri Boliviyadan niyə qovuldu? - ŞƏRH
01 iyun 2011 13:44 (UTC +04:00)

İranın müdafiə naziri Boliviyadan niyə qovuldu? - ŞƏRH

Onlardan biri müdafiə naziri Əhməd Vahididir. O, ötən gün Boliviyadan qovulub – amma sanksiyalarla bağlı yox. O, bu ölkədən Argentina hakimiyyətinin tələbi əsasında çıxarılıb.

Beynəlxalq ictimaiyyət İran hakimiyyətinin Argentinadakı terror əməlini hələ yaddan çıxarmayıb. Qeyd edək ki, 1992-ci ildə İsrail səfirliyinin bu ölkədəki binasında partlayışdan sonra 29 nəfər, 1994-cü ildə Argentina paytaxtında yəhudilərin mədəniyyət mərkəzi yaxınlığında avtomobilin parladılması nəticəsində 85 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdı.

Argentina hakimiyyəti ehtimal edir ki, həmin terror olayında İran tərəfindən himayə edilən Livan “Hizbullah”ınını da əli var. Bundan başqa, bəhs etdiyimiz terror aksiyasının təşkilində İranın indiki müdafiə naziri Əhməd Vahidinin iştirak etdiyi istisna edilmir.

Qeyd edək ki, Əhməd Vahidi nazir olmazdan öncə İnqilab keşikçiləri Qvardiyasının “əl-Qüds” briqadasının komandanı olub. Mahmud Əhmədinejadın prezidentliyinin birinci dövründə o, müdafiə nazirinin müavini vəzifəsində çalışıb. “əl-Qüds”ün “Qüds qüvvəsi” qolu əsasən xarici ölkələrdə fəaliyyət göstərir.

2006-cı ilin noyabr ayında Argentina məhkəməsinin hakimi Koral İranın bir sıra yüksək rütbəli şəxslərini, o cümlədən keçmiş prezident Haşimi-Rəfsəncani, Rəfsəncaninin prezidentliyi dövründə ETTELAAT-a başçılıq edən Əli Fəllahian və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsün Rzai, eləcə də Möhsün Rəbbani, Əhmədrza Əsgəri və Əhməd Vahidini yəhudilərin xeyriyyə mərkəzində törədilmiş partlayışda günahlandıraraq, onların tutulması üçün İnterpola müraciət edib.

Əhməd Vahidinin adı 1996-cı ildə ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi kazarmasının partladılmasında da çəkilir. “Başen Xobra”nın partladılması nəticəsində 19 amerikalı hərbçi həlak olmuşdu.

“Jerusalem Post”-un məlumatına əsasən, Boliviyanın xarici işlər naziri argentinalı həmkarına nota göndərərək, ondan Ə.Vahidinin ölkəyə buraxılmasına görə üzrə istəyib. Nazir baha sonra bildirib ki, Boliviya hökuməti yaranmış bu təəssüfləndirici, xoşagəlməz hadisəyə görə Argentina hakimiyyətinə üzrxahlıq etməklə bərabər, Əhməd Vahidi və onun başçılıq etdiyi İran nümayəndə heyətinin dərhal bu ölkəni tərk etməsi üçün ciddi tədbir görüb.

Beləliklə, Ə. Vahidi və onu müşayiət edən İran nümayəndə heyətinin üzvləri Boliviyaya rəsmi səfəri yarımçıq qoyaraq, mayın 31-i gecə saatlarında bu ölkəni tərk edib.

Maraqlıdır ki, Tehran hakimiyyətinin sanksiyalı təmsilçiləri dünyanın istənilən ölkəsinə hələ də sərbəst gedib –gələ bilir. Bu yaxınlarda İslam Respublikasının xarici işlər naziri Əliəkbər Salehiyə qarşı Avropa Birliyinin tətbiq etdiyi yasaq da aradan götürülüb.

Bu baxımdan hesab etmək olar ki, sanksiyanın sərtləşdirilməsində maraqlı olanların etirazı olmazsa, İran rəsmiləri istənilən ölkəyə sərbəst gediş-gəliş edəcək, bu isə yasaqların təsirini heç endirə bilər.

Argentinanın timsalında bu özünü doğruldu. Düzdür, onu bu etirazı konkret olaraq, bəlli sanksiyalarla bağlı deyil. Ancaq bu terrorçu ilə danışıqlar aparmamağa dair bir örnəkdir. “İnterpol”un axtarışında olduğu üçün əslində Boliviya hakimiyyəti onu təhvil verməli idi. Görünür, Qərb və Şərqli olmasından asılı olmayaraq, dünya dövlətləri qanunun aliliyinin təmin edilməsi baxımdan da hələ arzu olunan səviyyəyə çatmayıb…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar