İran: çörək imtahanından kim kəsiləcək? - ŞƏRH
0
0
Tehran hakimiyyəti elə vəziyyətdədir ki, rejimiçi qüvvələr də biri-birini yoxlamadan keçirir, bir tərəf o birinə güc nümayiş etdirir.
İran Ana Yasasına əsasən, hakimiyyətin zirvəsində ali rəhbər (indiki halda ayətulla Xamneyi) durur. Ondan sonra isə prezident gəlir. Baş verənlərdən belə anlaşılır ki, İranda birinci ilə ikinci arasında qarşıdurma var.
“euronews”-un məlumatına əsasən həm öz gücünü yoxlamaq, həm də ayətullah Xamneyiyə güc nümayiş etdirmək məqsədi ilə M.Əhmədinejadın bir neçə gündür işə çıxmadığı haqda xəbərlər yayılıb.
Bəziləri bunu prezidenti ali rəhbərə «əlcək atması» kimi də dəyərləndirir. Xamneyinin də Quma səfərini təxirə saldığı bildirilir.
Baş verənlərdən belə görünür ki, ali rəhbər Əhmədinejadın rejimiçi artan siyasi nüfuzundan rahatsızdır. Bu özünü ETTELAAT naziri Heydər Müslehinin istefası məsələsində də göstərdi. Qeyd edək ki, nazirin istefasını prezident qəbul etsə də sonradan ayətullah Xamneyi ona işin davam etdirməsi haqda göstəriş vermişdi.
Parlamentlə prezident hakimiyyəti arasındakı münasibətlərdə gərginliyi nəzər alsaq, Əhmədinejada etimadsızlığın göstərilməsi ilə bağlı deputatların pıçıltısı da «eşidilməkdədir».
Bu baxımdan, baş verənləri Tehran hakimiyyətinin perspektivdə onu gözləyən siyasi-iqtisadi böhrandan qurtulmaq üçün qurban hazırlaması kimi də dəyərləndirmək olar. Ancaq buna hələ deyəsən hazırlıq gedir. Hakimiyyətiçi ziddiyyətlər, qarşıdurma və ya oyunlar ölkədə çörəyin də bahalaşmasına səbəb olub.
Mövcud ağır iqtisadi durumdan çıxmaq üçün Tehran hakimiyyəti çeşidli tədbirlər görməkdədir. Bir müddət öncə yanacağın qiymətlərinin liberallaşdırıldı və vətəndaşların istifadə etdiyi təbii qaza, benzinə verilən subsidiyalar ləğv edildi. Onda hökumət bəyan etmişdi ki, subsidiyaların ləğvindən gələn əlavə pullar hesablanıb və əhalinin hesabına daxil edilir.
Subsidiyaların ləğvi ölkə bazarına ciddi təsir göstərdi. Elə güzəştlər ləğv ediləndən sonra bazarlarda gündəlik tələbat malları 30-40 faiz bahalaşdı. Pul kütləsinin çoxalması ehtimalından narahat olan hasilatçılar və tacirlər məhsulların qiymətini qaldırmaqla yanaşı, satacaqları malları anbarlara yığmağa başladılar. Elə vətəndaşlar da İran pulunun qiymətdən düşəcəyini və bahalaşma olacağını ehtimal edib, onlara lazım olan məhsulları ehtiyat məqsədi ilə alaraq evlərində saxladılar.
Bu isə bazarın «qızıl qanunu», tələb və təklif əsasında birincinin artması, ikincinin isə azalması ilə müşayiət olundu. Bu durum isə ölkədə bahalaşmanı qaçılmaz etdi.
Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejad durumu dəyərləndirərək, vətəndaşları sakitləşdirməyə çalışdı və bildirdi ki, subsidiyaların ləğvi ölkədə heç bir qıtlığın yaranmasına səbəb ola bilməz: «İndi ehtiyatda yetərincə gündəlik tələbat malları var. Lazım olanda dövlət bazara müdaxilə edə bilər».
O, 2010-cu ilin sonunda televiziya vasitəsilə çıxışında subsidiyaların ləğvinin əhalinin xeyrinə olacağını vurğulayaraq, xalqı səbirli olmağa çağırmışdı. Əvvəlki çıxışlarında hər il müxtəlif mallara 100 milyard dollar subsidiya sərf olunduğunu bildirən Əhmədinejad hökumətin bunun öhdəsindən gəlmədiyini vurğulamışdı.
Subsidiyaların əvəzinə hökumət bundan sonra hər ay hər bir vətəndaşın hesabına 40 min tümən (təxminən 35 manat) kompensasiya köçürəcəyini vəd etmişdi. Ötən il çörəyin qiymətinin 20 faiz artması qarşılığında isə hakimiyyət vətəndaşların hesabına hər ay 4 min tümən (təxminən 3 manat) pul köçürəcəyini boyun olmuşdu.
Hakimiyyət vətəndaşların perspektivdə bahalaşmaya qarşı ediləcək etirazların qarşısını almaq məqsədi ilə şəhərlərdə polis məntəqələrinin sayını da artırdı.
Hakimiyyət bu tədbiri ilə ilk növbədə dövlət büdcəsinə gələn gəliri artırmaq məqsədi güdürdü. Bu yöndə əhaliyə verilən vədlər də boşa çıxdı. Ölkədə gündəlik tələbat mallarının bahalaşması davam etməkdədir. Bu isə yaxın gələcəkdə İranda sosial böhranın daha da dərinləşəcəyini göstərir.
Atom–nüvə proqramına və insan haqlarını pozduğuna görə ölkəyə tətbiq edilən sanksiyalar da güclənməkdədir. Odur ki, hakimiyyətə iqtisadi, siyasi sahədə edilən xarici basqılar rejimin durumunu bir qədər də ağırlaşdırır. Xarici şirkətlər isə İran İslam Respublikasına sərmayə qoymağın riskli, eləcə də həmin qurumların perspektivdə özlərinin beynəlxalq yasaqlara məruz qalacağı ehtimalının böyük olduğunu bildiklərindən Tehran hakimiyyəti ilə əməkdaşlıq etməməyə üstünlük verirlər.
«İRİBnyus»-un məlumatına görə, İranın neft-kimya sənayesi şirkətinin baş direktoru Əbdülhüseyn Bayat Çinin ölkəsindəki səfiri Yu Honq Yanqla görüşündə bildirib ki, onlar İslam Respublikasının neft-kimya sənayesinə yatarım qoyması üçün xarici şirkətlərə, habelə bu məsələdə maraqlı olanlara hər cür güzəştlərə getməyə hazırdır.
O, ölkəsində bu sahədə çox münbit şəraitin olduğunu deyərək, neft-kimya layihələrinin daha çox gəlir gətirdiyini bildirib. Baş direktorun sözlərinə görə, hazırda İranın uğun müəssisələri ildə 51 milyon ton məhsul istehsal edir: «Biz yaxın 5 ildə bu istehsalı 100 milyon tona çatdırmağı planlaşdırırıq»…
Bu xəbər İran hakimiyyətinin xarici sərmayəyə ciddi ehtiyacının olduğunu təsdiqləyir. Xarici sərmayənin azalması daxili bazarda gündəlik tələbat mallarının bahalaşmasına səbəb olub. İş o yerə çatıb ki, indiki durumda ölkə rəhbərliyi çörəyin qiymətini 25 faiz bahalaşdırıb.
Tehran əyalətin ticarət palatasının başçısı Abbas Qubadi deyib ki, çörəyin yeni qiymətlə satılmasına dair göstəriş verib.
Bahalaşmadan sonra çörəyin çeşidli növləri Tehranda aşağıdakı qiymətə satılır: 700 qramlıq «səngək» 500 tümənə (təxminən 40 qəpiyə), 600 qramlıq «Bərbər» 375 tümənə (25 qəp.), 300 qramlıq «Taftan» 250 tümənə (20 qəp.), 70 qramlıq lavaş isə 125 tümənə (8-10 qəp.).
Hakimiyyət bunu hələ ki Tehranda həyata keçirir. Görünür, ölkə rəhbərliyi bu addımı ilə cəmiyyəti sınağa çəkir, onların bahalaşmaya reaksiyasını yoxlayır. Tehranda sakitlik olsa, yaxın zamanlarda ölkə üzrə də çörəyin bahalaşacağı gözlənilir.
Belə bir durum həm də hakimiyyət daxilindəki ziddiyyətlərin əksidir. M.Əhmədinejad prezident olandan sonra onun rəqibləri hökuməti proqramsızlıqda tənqid edirdi. Belə başa düşmək olar ki, «iqtisadi proqramı» olmayan Əhmədinejad baş verənlərdən ya çəkinərək, ya da olayları kənardan müşahidə etmək məqsədi ilə indi də işə çıxmır.
Məlumatlara əsasən, ayətulla Xamneyinin də qatıldığı Nazirlər Kabinetinin yığıncağında, prezident iştirak etməyib. Yığıncağı «korrupsiyada və vəzifədən sui-istifadə»də suçlandırılan, prezidentin müavini Məhəmmədrza Rəhimi aparıb. Həmin toplantıda istefasını Əhmədinejadın qəbul etdiyi ETTELAAT naziri Heydər Müslehi də iştirak edib.
Beləliklə, 6 ay ərzində çörəyin 45 faiz bahalaşması İran İslam Respublikasının mövcud iqtisadi durumunun göstəricisidir. Bu baxımdan, yaxın zamanlarda yanacağın da bahalaşacağı istisna edilmir. Bu sayaq bahalaşma, insanların çörəklə imtahan çəkilməsi nə vaxtadək davam edəcək? Bəllidir ki, bunun bir sonu var və bahalaşmanın Tehran hakimiyyətinə baha başa gələcəyi ehtimalı da az deyil. Qiymətlər artdıqca bu ehtimalın gerçəkləşəcəyinə inam da artır…
Sədrəddin Soltan