İran niyə rahatsızdır? - ŞƏRH
0
0
Qurumun Avropa bölməsinin 16-cı sessiyasında İslam Respublikasında insan haqlarının vəziyyətinin araşdırılması ilə bağlı özəl məruzəçinin təyin olunması haqda qətnamə qəbul edilib. Şuranın 47 üzvündən 22-si sənədin lehinə səs verib. 14 üzv, o cümlədən Rusiya, Çin və Pakistan bitərəf olub. 7 təmsilçi, eləcə də Kuba, Mavritaniya və Uruqvay İranda insan haqlarının pozulmadığı bildirib.
Şura üzvləri rəsmi Tehranı xüsusi məruzəçi ilə əməkdaşlıq etməyə və onun ölkəyə daxil olmasına şərait yaratmağa çağırıb.
Xatırladaq ki, ötən illər ərzində İran hakimiyyəti BMT və Avropa Birliyinin bu istiqamətdə cəhdlərinə müsbət cavab verməyib.
Tehran təmsilçisi səsvermədən öncə qətnamənin «siyasiləşdirilmiş» olduğunu bəyan edərək, bunu «ədalətsiz» adlandırıb.
BMT-nin İnsan Haqları üzrə ali komissarlığının rəsmi nümayəndəsi Rupert Kolvill məsələ ilə bağlı bunları söyləyib: «Biz xüsusi məruzəçinin səmərəli fəaliyyətinə ümid edirik. Hesab edir ki, İran hakimiyyəti bizimlə əməkdaşlıq edəcək. Bu çox vacibdir».
Təmsilçinin sözlərinə görə, məruzəçi hakimiyyətlə qarşılıq verməsindən asılı olmayaraq, öz işini görə bilər: «Ölkədə baş verənlər və insan haqlarının qorunması ilə bağlı informasiya ələdə etmək üçün başqa yollar da mövcuddur».
Kolvill əlavə edib ki, məruzəçi insan haqları üzrə şaxələnmiş və mürəkkəb vacib elementlərin araşdırılmasında mühüm işləri gerçəkləşdirir: «Onlar baş verənlərə tənqidi yanaşmalıdır. Əgər bu mövqedə olmazlarsa, onda onlar baş verənləri dəyərləndirə bilməz, olayların axınına düşərlər».
Qeyd edək ki, İnsan haqları üzrə Şura 2006-cı ildə İnsan Haqları üzrə Komissiyanı əvəzləyib. Şuranın üzvləri BMT Baş Assambleyası tərəfindən quruma üzv dövlətlərdən seçilir. Xüsusi məruzəçilər, mütəxəssislər və ya işçi qrup insan haqları üzrə ayrı-ayrı problemləri araşdırır. 2010-cu ildə belə məruzəçilər Kamboca, Haiti, Myanma, Somali, Sudan, Burundidə də işgəncə, məhkəmədən kənar edamlar və başqa bu kimi pozuntuları araşdırıb. Özəl məruzəçilər BMT baş katibi tərəfindən təyin edilir və dövlətdən asılı olmayaraq fəaliyyət göstərir.
İran üzrə məruzəçinin Yaxın Şərqdəki vəziyyətdən asılı olmadığını söyləyən Kolvill deyib: «Şuranın bu qərarı bölgədəki vəziyyətlə bağlı deyil. Xüsusi məruzəçilər Şimali Koreya, Myanma, Sudan, Somali, Burundi və başqa dövlətlərdə də fəaliyyət göstərir. Bu siyahıya İran da əlavə olunub».
İran rəsmiləri isə xüsusi məruzəçinin təyinindən rahatsız olduqlarını çeşidli bəhanələrlə gizlətməyə çalışırlar. Ölkə parlamentinin mili təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi Kazım Cəlali BMT-nin qətnaməsini «siyasi komediya» adlandırıb. Onun sözlərinə görə, Amerikanın müttəfiqi Bəhreyndə və başqa dövlətlərdə «müdafiəsiz insanlar öldürülür» və bu, nəzərə alınmır.
Sözügedən komissiyanın başçısı Əlaəddin Brücerdi bildirib ki, İran Şuranın qətnaməsini «tanımamalıdır». Brücerdinin sözlərinə əsasən, Tehran onu ölkəyə buraxmamalıdır.
Bir müddət öncə, İranın xarici işlər naziri Əliəkbər Salehi insan haqları üzrə Şurada çıxışı zamanı ölkəsində insan haqlarının pozulmadığını və «insan haqlarının qorunmasına, söz azadlığına və başqa bu sayaq dəyərlərə» əməl etdiklərini bəyan etmişdi.
Yada salaq ki, elə həmin toplantıdan sonra nazir 2009-cu ildə keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edən müxalifətin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbsdə olmadığın «öz evlərində» adi həyat yaşadıqlarını söyləmişdi. Ancaq elə buy alan heç 40 gün də sürmədi. Elə həmin gün İran rəsmiləri həmin müxalifət liderlərinin həbs edildiklərini bildirdilər.
İranda insan haqlarının qorunduğundan danışanların diqqətinə bir faktı çatdırmaq istərdik. 2010-cu ildə dünyada edam hökmləri ilə bağlı siyahı dərc olunub. Beynəlxalq Əfv təşkilatının məlumatına əsasən, ötən il 527 nəfər barəsində çıxarılmış ölüm hökm gerçəkləşdirilib. Bu siyahıda İran 252 nəfərin edamı ilə yenə «aparıcı» yerdədir.
Edamlardan başqa, İran hakimiyyəti insanların yeməyinə, paltar geyməyinə qarışmaqla da insanların ən adi haqların tapdamaqdadır.
Xatırladaq ki, ötən aydan İranın teleradio şirkətinə xarici ölkələrin mətbəxləri, yeməkləri barədə verilişlər yayımlamaq qadağan edilib.
Ölkənin bəzi telekanalları İtaliya, Fransa və başqa ölkələrin mətbəxləri barəsində verilişlər yayırdı. Bundan sonra həmin elektron informasiya vasitələri yalnız İranın milli xörəklərinə dair proqram yayımlamağa başlayıb.
Tehran hakimiyyətinin tətbiq etdiyi başqa yasaqları xatırlatmaq istərdik. Hicabla bağlı qaydaların sərtləşdirilməsi haqda yeni qərar qəbul edilib. Ölkə universitetlərinin tələbələrinə şəffaf paltar, cins şalvar və ətək, qısaqol köynək geymək, eləcə də tatuaj etdirmək yasaqlanıb.
Yeni geyim qaydalarına əsasən, qızların başlarına kepka və şlyapa qoymaq, qoyma dırnaqdan istifadə qadağan edilib. Yeniyetmələr isə saçını yarımçıq qırxdıra, habelə "qərbsayağı" saç kəsdirə, çox qısaqol köynək geyə bilməz.
Başqa bir qərara görə, İranda qadınlarla kişilərin birgə qonaqlıqlarına, axşam məclislərinə qadağa qoyulub.
Hakimiyyətin qadınlar üçün tətbiq etdiyi qadağalara əsasən, xanımlara stadionda futbola tamaşa etmək yasaqdır.
2011-2012-ci dərs ilindən Tehran Universitetində qızlar və oğlanlar ayrı-ayrı siniflərdə yerləşdiriləcək. Əllamə Təbatəbai adına Universitetin rektoru Seyid Sədrəddin Şəriəti deyib ki, oğlanlarla qızların bir-birindən ayrılması ilk növbədə daha çox tələbənin iştirak etdiyi ümumi kurslara aid ediləcək.
Fevralın əvvəlində İranda İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniya bildirmişdi ki, Məşhəddəki Firdovsi adına Universitetinin mühəndislik fakültəsinin təxminən 50 qrupunda misli görünməmiş gender ayrı-seçkiliyi həyata keçiriləcək.
Qızlarla oğlanların ayrı-ayrı siniflərdə yerləşdirilməsini isə ilk dəfə 2009-cu ildə Höccətülislam Nəbiulla Fəzli təklif edib. O, İranın ali rəhbərinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsidir. Fəzli oğlanlarla qızların bir yerdə dərs almasını tənqid etmişdi: «Bu cür təhsil tələbələr arasında təhlükəli nəticələrə gətirib çıxaran münasibətlərə zəmin yaradır. Onları bir sinifdə yerləşdirmək “pişiyin qabağına ət qoymaq” kimi bir şeydir».
Avropada yaşayan qadın hüquqları fəalı Asiya Əmini «Fərda» radiosuna deyib ki, bu cür gender ayrı-seçkiliyi İrandakı qadınların ziyanına olacaq. Onun fikrincə, universitetlərdə həm qız, həm də oğlan tələbələrə eyni cür tədris verilməyəcək. Bundan da qız tələbələr ziyan çəkəcək. Çünki üstünlük oğlanlara veriləcək.
Asiya Əmini onu da deyib ki, son illər İran universitetlərində təhsil alan qızların sürətlə artması iş yerlərindəki gender balansına gətirib çıxara bilər. Lakin gender ayrı-seçkiliyi kimi tədbirlər buna imkan verməyəcək.
Tehran hakimiyyəti atom-nüvə proqramı ilə bağlı mövqeyini çeşidli arqumentlərlə qorumağa hələlik nail olursa, insan haqları sahəsində etdiyi pozuntuları ört-basdır etməkdə çətinlik çəkməkdədir.
Elə buna görə də son zamanlar İran hakimiyyətinə qarşı sanksiyalar bu istiqamətdə də tətbiq edilir. 2010-cu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə (İslam İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri, onun kəşfiyyat üzrə müavini, «bəsic»in komandanı Hüseyn Taib, sosial təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd –Nəccar, baş prokuror Qulamhüseyn Möhsüni-Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran polis qoşununun komandanı Əhmədrza Radan, informasiya və milli təhlükəsizlik naziri Heydər Möslehi (ETTELAAT-ın başçısıi)) ABŞ sanksiya tətbiq edib.
Həmin sanksiyadan sonra ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərə açıqlamasında vurğulamışdı: «Bu, insan haqlarını kobudcasına pozduğuna görə Amerikanın İrana qarşı ilk sanksiyasıdır».
Sədrəddin Soltan