Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə hava küləkli olacaq.
Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan MR, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
