İran prezidenti nəyi düz demir? - ŞƏRH
Tehran hakimiyyəti isə işə sala bilmədikləri AES-in istismara yararlı olduğunu bəyan etməklə yanaşı, bu sahəyə aid materialları sata biləcəklərini bəyan ediblər.
Lent.az-ın “MIGnews”-a istinadən məlumatına əsasən, İran atom komissiyasının başçısı Firudin Abbasi bildirib ki, ölkəsi daxili tələbatı ödəməkdən başqa, xarici bazara satmaq üçün də nüvə materialları istehsal edəcək.
“Biz beynəlxalq bazarda satmaqdan ötrü nüvə materialı və texnologiyası çıxarmaq niyyətindəyik” - deyə, o, söyləyib.
İran prezidenti Mahmud Əhmədinejad isə bir qədər də qabağa gedərək, deyib ki, istənilən zəlzələ Buşəhr AES-ə təhlükə yarada bilməyəcək
Əhmədinejad İspaniya Dövlət Televiziyasına müsahibəsində jurnalistin “Buşəhr nüvə stansiyası yaxınlığında zəlzələ baş verərsə, hökumətiniz bu təsisatın təhlükəsizliyini təmin edə biləcəkmi” sualını belə cavablandırıb: “Buşəhr nüvə stansiyası təhlükəsizlik baxımından yüksək standartlara malikdir. Ona görə də hər hansı bir problemin ortaya çıxa biləcəyini güman etmirəm. Buşəhr nüvə stansiyası ən modern standartlar əsasında tikilib. Yaponiyadakı nüvə təsisatları isə 45 il əvvəl, köhnə standartlarla inşa olunub. İran ən çox zəlzələ baş verən ölkələrdən olduğundan bizim dövlət təşkilatlarının belə bir problemi qarşılamaq üçün böyük hazırlığı var”.
Yaponların elm və texnologiya sahəsində səliqəli və intizamlı olmaları hər kəsə bəllidir. Bundan başqa, dünyada atom bombasından ilk və sonucu dəfə onların əziyyət çəkdiklərini dünya ictimaiyyəti unutmayıb. Bu baxımdan, Yaponiyanın atom texnoloqlarının “45 il öncəki” texnologiyada qaldıqlarını söyləmək azından gülüncdür. Çünki Yaponiyanın zəlzələdən yırğalandığını bu ölkənin hər bir vətəndaşı çox yaxşı bilir. Odur ki, yaşayış binalarından tutmuş AES-in tikintisinədək bütün inşaat işlərində bir qayda olaraq, bu məsələ diqqətdən qaçmır.
Əhmədinejad müsahibəsində dedikləri ilə Tehran hakimiyyətinin şəffaf olmayan atom-nüvə proqramının guya Yaponiyadakından da etibarlı olduğunu bildirməklə həm öz vətəndaşlarını, həm də beynəlxalq ictimaiyyətə yalan danışır.
Bunu bildirməyə yetərincə əsas da var.
Əhmədinejad başda olmaqla, Yaponiyanın atom-nüvə texnologiyasının “köhnə olduğunu” iddia edən İran hakimiyyəti təmsilçilərinin və belə düşünənlərin nəzərinə dünyada ən çox atom enerjisi istehsal və ondan istifadə edən dövlətlərin siyahısını çatdırırıq: birinci yerdə ildə 836,63 milyard kVt/saatla ABŞ-dır, uyğun olaraq sonrakı yerləri Fransa - 439,73 milyard kVt/saat, Yaponiya 263,83 kVt/saat, Rusiya 160,04 mlrd kVt/saat, Cənubi Koreya 142,94 mlrd kVt/saat, Almaniya 140,53 mlrd kVt/saat.
Dünyada 442 nüvə reaktoru mövcuddur. Bundan başqa, 2008-ci ildə Yaponiyanın Niiqata əyalətinin Kasivadzaki şəhərində dünyada ən güclü Kasivadzaki-Kariva AES quraşdırılıb. 5 nüvə rektorundan ibarət bu stansiyanın ümumi gücü 8,212 HVtdır.
Bu, məsələni bir tərəfi.
Atom-nüvə texnologiyasından və zəncirvari kimyəvi reaksiyadan anlayışı olan hər kəs sızıntının yarada biləcəyi fəlakət haqda fikri söyləyə bilər.
Ona görə də Əhmədinejad kimi düşünənlər məsələnin elmi yönünə də diqqət yetirsə, yalan danışdıqlarından fərqində olarlar.
Atom-nüvə proqramını İran hakimiyyətinin necə gerçəkləşdirməsi bu sahə ilə məşğul olanların çoxuna bəllidir.
Bu sahədə Tehran rejimi daha çox qaçaqmalçılıq fəaliyyətinə üstünlük verir. Odur ki, bu yolla əldə edilmiş texnologiya və materialların ciddi yoxlamadan keçmədiyi sirr deyil.
Bu günlərdə Koreya Respublikası və Sinqapurda BMT Təhlükəsizlik Şurasının qadağasına uyğun olaraq, İrana aparılan nüvə və silah yükü saxlanılıb.
Cənubi Koreyalı diplomatların AFR agentliyinə verdiyi məlumata əsasən, Seulun hava limanında keçən ilin dekabrında şübhəli təyinatlı 400-dən artıq boru aşkarlanıb. Diplomatın sözlərinə görə, belə avadanlıqlar nüvə sahəsində quraşdırılır.
2010-cu ilin sentyabrında isə Sinqapurda raket istehsalında istifadə olunan alüminium tozu aşkarlanıb. Hər iki olayda malların alıcısı İran hakimiyyəti olub.
Tehran hakimiyyəti ötən il Buşəhr AES-dəki kompüterlərə virus hücumunun qarşısını ala bilmirdi. Virusdan qoruna bilməyən bir texnologiya təbii fəlakətdən necə qoruna bilər?
İndi özünə sığışdırmasa da zaman keçdikcə Tehran hakimiyyəti boynuna almadığı bir çox mətləbləri etiraf edəcək. Keçən ilin oktyabrında M.Əhmədinejad Nətənzdəki Atom Elektrik Stansiyasındakı kompüterlərin fəaliyyətində problemin olduğunu öncə gizlətməyə çalışsa da sonradan etiraf etdi. “Onlar kompüter proqramlarının elektron sisteminə virus buraxmaqla bizim bir neçə sentrifuqamızda problem yarada bilmişdilər. Onlar axmaqcasına davranıblar. Xoşbəxtlikdən mütəxəssislərimiz bunu aşkarlaya bilib. Bir daha onlar bunu edə bilməyəcək” - deyə, Əhmədinejad söyləmişdi.
Mənbənin bildirdiyinə görə, İran prezidenti bir neçə dəfə “virus” sözünü təkrarlayıb.
Sentyabrda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məruzəsində bildirilmişdi ki, İranın Nətənzdəki nüvə obyektində uranın zənginləşdirilməsində problem yaranıb və “obyekt bir sutka işləməyib”.
Sentyabrda isə Buşəhr AES-dəki kompüterlərin virusa “yoluxması” haqda xəbərlər yayılmışdı.
Dünyanın çeşidli mütəxəssisləri İslam Respublikasının bu sayaq “xəstəliyə qarşı” uyğun proqramlarının olmadığını əsas göstərərək, bunun öhdəsindən Tehranın gələ bilməyəcəyini bildirirdilər.
Hadisə baş verən kimi İranın xüsusi xidmət orqanları İsrail “Mossad”ını suçladı. Ancaq bu dəfə Buşhər AES-dəki kompüterlərin “yoluxması”nda yəhudilərin üzərindən şübhə götürülüb. Stansiyada çalışan rusiyalı mütəxəssislərdən, eləcə də amerikalı hakerlərin ünvanına deyinməyin, şübhələnməyin əbəs olduğu meydana çıxdı.
Almaniyanın nəhəng “Siemens Systems” şirkətinin mühəndisi bəyan edib ki, kompüter “qurdunun”, özəlliklə İranın nüvə reaktorundakı kompüterlərə virusun yerləşdirilməsinin arxasında onun əməkdaşları durur. Bununla yanaşı, şirkət baş verən olayın “qəsddən” olmadığını vurğulayıb.
Almaniyada çıxan “Sueddeutsche Zeitung” qəzetinin yazdığına əsasən, son ay ərzində “Siemens” texnologiyasından istifadə edən azı 15 şirkət, o cümlədən elektrostansiya, kimyəvi zavod və başqa sənaye müəssisəsi kompüterlərində Buşəhr AES-dəki virusdan aşkarlandığını bildirmişdi.
Bu və başqa dəlillər təsdiqləyir ki, İran prezidenti Mahmud Əhmədinejad və onun təmsil etdiyi hakimiyyət başqa məsələlərdə olduğu kimi, atom-nüvə məsələsində gerçəkliyi həm ölkə, həm də dünya ictimaiyyətindən gizlədir. Bunun əziyyətini isə həmişə adi insanlar çəkir.
Söz ardı
Yeri gəlmişkən, dünyadakı AES-lərdə baş vermiş bəzi qəzalar haqda.
Öncə qeyd edək ki, ilk atom stansiyası 1954-cü ildə keçmiş SSRİ-də quraşdırılıb.
1957-ci il oktyabrın 10-da İngiltərədə Uindskeyl AES-də yanğın baş verib.
1979-cu il martın 28-də ABŞ-ın Pensilvaniya ştatında, Harrisberg AES-də partlayış olub. 150 min sakin stansiyanın yaxınlığından köçürülüb.
1986-cı il aprelin 26-da keçmiş SSRİ-də (Ukraynada) Çernobıl AES-də baş vermiş partlayış nəticəsində 60 min kv.metr ərazi radioaktiv maddə ilə zəhərləndi. 3,2 milyon sakin isə radioaktiv maddədən şüalandı.
1993-cü il aprelin 6-da Rusiyada, Sibirdə Tomsk -7 kimyəvi kombinatında radioaktiv qarışıq olan aparatın partlaması nəticəsində bir hektar ərazi çirkləndi.
1999-cu il sentyabrın 30-da Yaponiyanın İbaraki əyalətinin Tokay şəhərindəki nüvə yanacağı istehsal edən zavoda radioaktiv sızıntı baş verib.
2004-cü il avqustun 9-da Yaponiyanın “Kansai Electric Power” şirkətinə məxsus AES-də güclü parlayış nəticəsində 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
2011-ci il martın 12-də bu ölkədə “Tokio denrioku” elektrik şirkətinə məxsus “Fukusima-1” baş verən partlayışın nəticələrini aradan qaldırmağa çalışırlar.
Sədrəddin Soltan

616