İlk imperatorun başı tapıldı
Heykəlin gövdəsi axtarılır...
Türkiyədə Eskihisar yaxınlığındakı Leodikya antik şəhərcikdə professor Celal Şimşekin rəhbərliyi ilə 7 ildir ki, aparılan arxeoloji qazıntılar uğurla nəticələnib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qazıntılar zamanı Roma imperatoru Birinci Avqustun heykəlinin başı tapılıb.
Birinci Avqust Roma imperiyasında respublika üsul-idarəsinə son qoyan və ilk dəfə imperator kimi fəaliyyətə başlayan şəxs olub.
Qeyd edək ki, bu vaxta qədər Birinci Avqustun heykəllərindən birinin də başı tapılıb və o, Vatikanın muzeyində saxlanılır. Lakin həmin heykəl başı dağılmış və tanınmaz duruma düşmüş vəziyyətdədir. Türkiyədə tapılan heykəl başı isə arxeoloji və memarlıq baxımından yaxşı vəziyyətdədir.
Hazırda arxeoloji qrup Birinci Avqustun heykəlinin gövdəsini axtarır.

Oxşar yazılar

Tunel qazıb qızıl mağazasından 20 milyonluq oğurluq etdilər
17 aprel 2025 , 13:44
Şairə Avon çayı ilə "evləndi"
17 aprel 2025 , 11:38
Universitet şəhərciyinin tikintisi zamanı yüzlərlə insan qalığı tapıldı
17 aprel 2025 , 09:23
Trampdan Harvard Universitetinə zərbə - 2,7 milyon dollarlıq qrantı ləğv edildi
17 aprel 2025 , 07:23
Van Damm Putinə müraciət etdi - Sülh səfiriniz olum
17 aprel 2025 , 04:31
ABŞ üçün qurxunc xəbərdarlıq: Rüsumların artması yüksək inflyasiyaya səbəb olacaq
17 aprel 2025 , 02:26
Küçədə yaşayırdı, milyonçu oldu
16 aprel 2025 , 14:33