Könül Həmzəyeva axtarışa verildi
10 mart 2026 17:52 (UTC +04:00)

Könül Həmzəyeva axtarışa verildi

0

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva külli miqdarda dələduzluqda ittiham olunur.

Lent.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Məlumata görə, lakin K.Həmzəyeva istintaqdan qaçıb gizlənir və buna görə də, o, axtarışa verilib. Hazırda istintaq Xəzər Rayon Polis İdarəsində aparılır.

Qeyd edək ki, bir ay əvvəl tanınmış bloqer Fidan Zeyn və Azerina da Könül Həmzəyevadan şikayət ediblər. Bloqerlər Xətai rayon Polis İdarəsinə müraciətlərində qadın sahibkarın onların 150 min manatını mənimsədiyini deyiblər.

K. Həmzəyevanın rəhbəri olduğu “Beautytime” gözəllik salonlarının paytaxtda 4 filialı mövcuddur: "Elmlər", "Nərimanov", "Nəsimi" və "Qara Qarayev".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar