Məşhur reperin konsertinə  35 minlik biletlər bir neçə saniyəyə  satıldı
10 mart 2026 18:19 (UTC +04:00)

Məşhur reperin konsertinə 35 minlik biletlər bir neçə saniyəyə satıldı

0

Dünyaca məşhur rep ifaçısı Kanye Uestin bu il mayın 30-da İstanbulda keçirəcəyi konsertə böyük maraq göstərilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Atatürk Olimpiya Stadionunda təşkil olunacaq tədbir üçün satışa çıxarılan biletlərin böyük hissəsi qısa müddətdə tükənib.

Təşkilatçıların məlumatına görə, konsert üçün satışa çıxarılan 50 min biletdən 35 mini ilk 7 saat ərzində satılıb. Bildirilir ki, bu göstərici Türkiyədə konsert verən xarici sənətçilər arasında ilk gün üzrə ən yüksək bilet satışlarından biri hesab olunur.

Konsert biletlərinin qiyməti 5 min 400 lirədən başlayır. Müxtəlif kateqoriyalar üzrə 7 min 200 və 18 min lirəlik biletlər də təqdim olunub. Ən bahalı biletlər isə “almaz” kateqoriyasına aid olub.

Qiyməti 35 min lirə olan bu xüsusi kateqoriyalı biletlərin isə cəmi bir neçə dəqiqə ərzində tükəndiyi bildirilib.

Təşkilatçılar konsert zamanı stadionda 50 mindən çox musiqisevərin Kanye Uestin çıxışını izləyəcəyini gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar