Canlı yayımda söyüş söyən tiktoker TUTULDU
10 mart 2026 17:24 (UTC +04:00)

Canlı yayımda söyüş söyən tiktoker TUTULDU

0

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, tədbirlərlə “TikTok” sosial şəbəkəsində “privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb. 

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub. 

Müvafiq qərarla S.Musayeva inzibati qaydada həbs olunub.

Xatırladaq ki, bu gün başqa bir tiktokerin də canlı yayımda söyüş söydüyü üçün saxlanılması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar