Xaçmazda 8-ci sinif şagirdi vəfat edib.
Lent.az xəbər verir ki, Xudat şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin 8Ç sinif şagirdi Fatimə Zəkiyeva dünyasını dəyişib.
Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən sonra martın 8-i dünyasını dəyişdiyi bildirilir.
O, bu gün dəfn olunub.