Mart ayında yuxu  problemlərinin SƏBƏBİ
10 mart 2026 16:12 (UTC +04:00)

Mart ayında yuxu problemlərinin SƏBƏBİ

0

Bir çox insan üçün mart ayı ya yuxusuzluq, ya da əksinə güclü yuxululuq dövrünə çevrilir. Yazın əvvəlində yaranan bu yuxu problemlərinin səbəbini klinik farmakoloq, həkim Tatyana Molostova izah edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu hal orqanizmin mövsüm dəyişikliklərinə uyğunlaşması ilə bağlıdır. İnsan yuxusu sirkadiyal ritmlərə əsaslanır və bu ritmlər ilin fəsillərinə uyğun şəkildə dəyişir. Yazın gəlişi ilə gündüz saatları uzanır və orqanizmdə aktivlikdən məsul olan serotonin hormonunun səviyyəsi artır. Qışdan sonra orqanizm yeni şəraitə uyğunlaşmağa çalışdığı üçün yuxu pozuntuları yarana bilər.

Mütəxəssis qeyd edib ki, qış aylarında gün işığının az olması səbəbindən melatonin hormonu gündüz saatlarında da yüksək qalır. Bu isə insanlarda daim yuxululuq və apatiya hissi yaradır. Yaz gəldikdə isə gün işığının artması bioloji saatın dəyişməsinə səbəb olur.

Həkimin sözlərinə görə, yuxu rejimini bərpa etmək üçün hər gün eyni vaxtda yatmaq və oyanmaq vacibdir. Bundan əlavə, fiziki aktivliyi artırmaq və yatmazdan əvvəl telefondan istifadə etməmək tövsiyə olunur.

Orqanizmin yaz mövsümünə tam uyğunlaşması üçün isə müəyyən vaxt tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar