ABŞ-ın Əfqanıstandakı səfirliyini homoseksuallar qoruyurmuş
03 sentyabr 2009 11:00 (UTC +04:00)

ABŞ-ın Əfqanıstandakı səfirliyini homoseksuallar qoruyurmuş

Şəkillər ortaya çıxdı, Vaşinqtonda aləm qarışdı

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirliyini qoruyan “ArmorGroup North America” adlı özəl təhlükəsizlik şirkətində çalışanların və səfirlik əməkdaşlarının dünən ortaya çıxan şəkilləri aləmi qarışdırıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fotoaparatla çəkilmiş şəkillərdə çılpaq mühafizəçilər araq içib, rəqs edir, bir-birlərinin arxasına əlləriylə vururlar.

Təhlükəsizliku şirkətinin əməkdaşları çılpaq vəziyyətdə ocağın üstündən atılır, qrup şəklində şəkil çəkdirmək üçün bir yerə toplaşırlar. Şəkillərdə mühafizəçilər arasında homoseksual əlaqələrin əlamətləri də aydın görünür.

Ən çox şok yaradan isə odur ki, şəkillərdə mühafizəçilərin səfirlik işçilərini də içki içməyə məcbur etdikləri açıq-aydın nəzərə çarpır.

ABŞ Dövlət Departamenti şəkillər ortaya çıxandan sonra onlarla işçisini məsələni araşdırmaq üçün təcili təyyarə ilə Kabilə göndərib. Rəsmilər hesab edirlər ki, bu cür mühafizəçilər Əfqanıstan kimi təhlükəli bir yerdə səfirliyi də effektiv qorumağa qadir ola bilməzlər.

Səfirliyin mühafizə edilməsi bağlı “ArmorGroup North America” şirkəti ilə 186 milyon dollar dəyərində saziş bu ilin yazında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar