Bu kəndə kişilər girə bilmir...
20 avqust 2009 13:00 (UTC +04:00)

Bu kəndə kişilər girə bilmir...

Keniyada döyülən və zorlanan qadınlar üçün ayrıca kənd salındı
Keniyada ərləri tərəfindən döyülən, hərbçilərin təcavüzünə uğrayan qadınlar çıxış yolunu yalnız qadınların yaşadığı bir kənd salmaqda görüblər və bu ideyanı da həyata keçiriblər.

Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən yaydığı məlumata görə, Afrikanın bu ölkəsində incidilmiş qadınlar özləri üçün saldıqları “Umoja” adlanan kənddə yaşamağa başlayıblar.

Belə bir kəndin salınması ideyasının müəllifi Naqusi Lokemu adlı bir qadındır. Naqusi Lokemi özü 1990-cı illərdə BMT sülhməramlı missiyasında xidmət edən üç ingilis əsgərinin təcavüzünə məruz qalıb. Günahı olmadığını düşünən qadın məsələni ərinə bildirib, əri isə onu döyüb.

Umoja kəndini Naqusi Lokemi özü kimi təcavüzə uğramış 13 qadınla birlikdə qurmağa başlayıb. Bu kənd paytaxt Nairobinin 350 kilometrliyində, boş bir ərazidə yerləşir.

Umoja kəndininin tikintisinə bu gün Avropa Birliyi, Afrika Təbii Yaşamı Qoruma Dərnəyi və digər qurumlar maddi dəstək verirlər.

Kənddə qadınlar inək saxlayır, süd və süd məhsulları satırlar. Kəndə kişilərin daxil olması qadağandır. Cinsi ehtiyaclarını necə təmin etmələri ilə bağlı suallara isə “kişilərin canı cəhənnəmə” cavabını verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23