Braziliyada “Xocalıya ədalət” kampaniyasının təqdimatı olub
Deklorasiyanı yüzlərlə insan imzalayıb
Braziliyanın ən iri şəhəri olan San-Pauluda Qlobal Gənc Yaşıllar (“Global Young Greens”) Hərəkatının beynəlxalq tədbiri çərçivəsində “Xocalıya ədalət” kampaniyasına dəstək Deklarasiyasına imza toplama aksiyası başlayıb.
Lent.az-ın Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet saytına istinadən yaydığı məlumata görə, bir həftəlik təqdimat zamanı “Xocalıya ədalət” tələbi ilə Deklarasiyanı yüzlərlə adam imzalayıb.
İslam Konfransı Təşkilatı Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə Baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan aksiya “YAŞIL PLANET” adlı layihə çərçivəsində keçirilir.
Təhsil ocaqlarında və qeyri–hökumət təşkilatlarının yığıncaqlarında baş tutmuş tədbirlərdə kampaniya haqqında video-klipin təqdimatı olmuş və Xocalı qırğını haqqında materiallar paylanıb. Daha sonra aksiyanın təşkilatçısı olan “Global Young Greens” Hərəkatı tədbir iştirakçılarından müsahibə götürüb, iştirakçılar baş verən hadisəyə və kampaniyaya münasibət bildiriblər.

Oxşar yazılar

Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
6 iyun 2025 , 19:35
Helium şarı ad günündə azyaşlını öldürdü
6 iyun 2025 , 17:40
Lotereyadan 40 milyon dollar uddu, stomatoloqda öldü
6 iyun 2025 , 17:30
Törətmədiyi cinayətə görə 40 ildir həbsdə yatır
6 iyun 2025 , 16:56
Timsah azyaşlını çayda yedi
6 iyun 2025 , 10:56
Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəldi
6 iyun 2025 , 07:18
Maskdan daha bir qalmaqallı açıqlama: Yeni siyasi partiya yaratmağın vaxtı çatmadımı?
6 iyun 2025 , 03:02