Bədxərc kral belçikalıları hövsələdən çıxardı
Krallığı rəmzi xarakter daşıyan, hər il dövlət büdcəsindən 12,4 milyon avro alan 76 yaşlı Belçika kralı Albertin 4,6 milyon avroya yaxta alması ölkədə ciddi narazılıq doğrub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu, kralın ikinci yaxtasıdır. Məlum olub ki, o, az əvvəl 1,5 milyon dollara aldığı birinci yaxtasından cəmi 44 dəfə istifadə edib.
Millət vəkilləri sərvəti 2 milyard dollar olan krala hər il dövlət büdcəsindən 12,4 milyon avro yox, kiçik miqdarda maaş verilməsi ilə bağlı qanun layihəsi hazırlayırlar. “Yeni Flaman” Alyansından millət vəkili seçilmiş Ben Veyts deyib ki, iyunun 21-də etdiyi çıxışında millətə maddi sərvətlərə meyllənməyin zərərli olduğu barədə məsləhət verən birinin belə bədxərcliyə yol verməsi məntiqli sayıla bilməz və parlament gərəkən addımı atmalıdır.

Oxşar yazılar

Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
6 iyun 2025 , 19:35
Helium şarı ad günündə azyaşlını öldürdü
6 iyun 2025 , 17:40
Lotereyadan 40 milyon dollar uddu, stomatoloqda öldü
6 iyun 2025 , 17:30
Törətmədiyi cinayətə görə 40 ildir həbsdə yatır
6 iyun 2025 , 16:56
Timsah azyaşlını çayda yedi
6 iyun 2025 , 10:56
Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəldi
6 iyun 2025 , 07:18
Maskdan daha bir qalmaqallı açıqlama: Yeni siyasi partiya yaratmağın vaxtı çatmadımı?
6 iyun 2025 , 03:02