Ərdoğan Bodrumda çılpaq nəvəsinin arxasında qaçarkən göründü
17 avqust 2009 14:00 (UTC +04:00)

Ərdoğan Bodrumda çılpaq nəvəsinin arxasında qaçarkən göründü

Ailəsi ilə birlikdə Muğlanın Bodrum rayonunda “Rixos” otelində istirahət edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nəvəsiylə birlikdə görüntülənib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Ərdoğan ailəsi dünən gecə otelə gəlib və bununla əlaqədar oteldəki müştərilərin yarısı oradan çıxarılıb. Baş nazirin ailəsini 40 nəfər mühafizəçi qoruyur.

Rəcəb Tayyib Ərdoğan çılpaq şəkildə eyvana qaçan nəvəsinin arxasınca çıxarkən kameralara yaxalanıb. Qısa müddət eyvanda duran baş nazir sonra yenidən otağa qayıdıb. 15 dəqiqə sonra Rəcəb Tayyib Ərdoğan yenidən eyvana çıxıb. Bu dəfə nəvəsi paltar geyinmiş vəziyyətdə ona yaxınlaşıb.

Baş nazir eyvanda oturaraq mənzərəni seyr edib, qəzet və kitab oxuyub.

Bu gün oteldə istirahən edən Rəcəb Tyyib Ərdoğan sabah Ankaraya gələcək, Qatar əmiri şeyx Hamid Bin Halife ilə görüşəcək və tikintisi 70 milyon dollara başa gələn “Didim D Marin Marina” istirahət kompleksinin açılışında iştirak edəcək. Daha sonra istirahət üçün yenidən “Rixos” otelinə gələcək.

Türk mətbuatı otel ərazisində Ərdoğan ailəsinin dincəldiyi yerdən 20 metr uzaqlıqda çimərlik paltarında bir qadının gün vannası qəbul etdiyini də görüntüləyib.
# 601

Oxşar yazılar