Obamanın “tank”ı
Amerikanın məşhur “Cadillac” firması ilk qara prezident üçün qara limuzin hazırladı. Avtomobilin məxfi şəkildə hazırlansa da, bəzi təfərrüratlar mətbuat səhifələrinə çıxıb.
Avtomobilin korpusu polad, titan, alüminium və keramika tərkibli ərintidən hazırlanıb. Limuzinin kütləsi 3 ton, uzunluğu 6,3 metr, qiyməti 2.6 milyon manatdır. Qapıların qalınlığı 20 sm (Boeing-lə eyni), gülləkeçirməyən şüşələr 15 sm-dir və pəncərələr açılmır. Bu “tank” iri çaplı artilleriya silahları və istənilən tip qumbaraatanın atəşinə davam gətirir. Yanacaq çənləri “özübərpaolunan” tiplidir. “Goodyear Regional RHS”, markalı 19,5 dyümlük təkərlər üçün heç bir güllə qorxulu deyil. 6.5 litrlik dizel mühərrikli avtomobilin maksimal sürəti 100 km/saatdır. “Obamamobil” bu sürətə 15 saniyəyə çatır. 100 kilometr məsafə qət etmək üçün isə 50 litr dizel yanacağı lazım gəlir.
Avtomobil tam hermetikləşdirilib, kimyəvi hücum zamanı isə bir növ bunkerə çevrilir. Salonda oksigen ehtiyatı yaradılıb və avtomatik yanğınsöndürən sistemlər quraşdırılıb. Limuzin gözyaşardıcı qaz və tüstü şaşkaları buraxa bilir. Tüstü şaşkası tətbiqi zamanı sürücü avtomobili gecə görmə cihazları ilə idarə edir. Dizel mühərriki avtomobilin daha etibarlı olması və yanğın təhlükəsizliyi üçün başlıca şərtdir.
Avtomobil noutbuk, WiFi, Pentaqon və Ağ Evlə birbaşa rabitə ilə təchiz olunub. Soyuducuda Obamanın qan qrupu ilə eyni olan qan ehtiyatı saxlanılır. Bu limuzin cəmi 4 ədəd hazırlanıb və Obamanın növbəti səfərə hansı ilə gedəcəyi heç kəsə məlum olmur.
Avtomobillə eyni zamanda prezidenti müşayiət etmək üçün “Dillon Aero SUV” markalı cip də hazırlanıb. Cipin üzərində altılüləli aviasiya pulemyotu quraşdırılıb (Dillon Gatling gun – atəş tezliyi 4000 atəş/dəqiqə). İnsan kütləsi arasında bu cipin nə qədər səmərəli olacağı şübhə doğurur.
Əziz oxucu! Tarixə qısa bir ekskursiya etmək yerinə düşər.
Tarixdə ən davamlı və ən ağır limuzin (ZİL 117) sovet lideri Qorbaçov üçün hazırlanıb. 1985-də hazırlanan bu avtomobil Rusiyanın ilk prezidenti Boris Yeltsinə də xidmət edib.
Sözügedən limuzin Ural tank zavodu və ZİL-in xüsusi sexində hazırlanıb. Kütləsi 5.5 ton, V8 benzin mühərrikli, maksimal sürəti 120 km/saat olan bu nəhəng, yaxın məsafədə partlayan aviabombaya davam gətirə bilirdi. Üç pilləli avtomat ötürücülü bu şedevrin hər qapısı təqribən 500 kiloqramdır. «Soyuq müharibə» dövrü sovet rəhbərlərinin avtomobilləri Amerikanın diqqətində olub. SSRİ-nin süqutundan dərhal sonra “Cadillac” şirkəti köhnə bir ZİL 114 alaraq sökür və zirehin xüsusiyyətlərini laboratoriyada araşdırır. Ata Buşun “Cadillac”ı də məhz “Zil”in bazasında düzəldilib. Məlum olur ki, sovet limuzinlərinin karkası (kapsul) tank zavodunda hazırlanır, üzərinə kuzov yığılırmış.
Sonuncu sovet liderinin avtomobili 2008-ci ildə hərraca qoyulub.
Ələsgərov Vüqar
[email protected]

1153