Yanğında “Qurani-Kərim” möcüzəsi
Bütün əşyalar kül oldu, müqəddəs kitaba zərər dəymədi
Türkiyənin Manisa şəhərinin “Arda” məhəlləsində hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, gəlini Sultan Dönər və 3 yaşlı nəvəsi Ömer Farukla yaşayan 73 yaşlı Menekşə Dönər qonaq otağında başlayan yanğını görərək təlaşla evdən çıxıblar.
Qonşular da vaxt itirmədən yanğınsöndürənlərə zəng ediblər. Menekşə Dönərin evdən çıxarkən qapını açarla bağlaması yanğınsöndürənlərin işini çətinləşdirib. Qapını qırmağa sərf olunan vaxt ərzində qonaq otağındakı əşyalar yanıb.
Ancaq hadisə yerində olan yanğınsöndürmə dəstəsinin rəhbəri Xudaverdi Yaman və sıravi yanğınsöndürən Saliş Akgül qonaq otağındakı bütün əşyaların kül olmasına baxmayaraq, “Qurani-Kərim” kitabına heç bir zərər dəymədiyinin şahidi olublar.
Manisa yanğınsöndürmə xidmətinin müdiri Ali Gül deyib ki, tamam yanan qonaq otağında “Qurani-Kərim”in yanmaması bir möcüzədir. O bildirib ki, keçən il də Karaköy istiqamətində bir ev yanıb və o evdə də “Qurani-Kərim”ə heç bir zərər dəyməyib.
Ali Gül “Arda” məhəlləsindəki evdə yanğından heç bir zərər görməyən “Qurani-Kərim”in Manisa Muzeyində saxlanılacağını söyləyib.

1203