Medvedyevdən şok etiraf
Rusiya prezidenti Dmitri Medvedyev alkoqolizmə həsr olunmuş tədbirdə son illər Rusiyada alkoqola tələbatın azaldılması istiqamətində görülmüş tədbirlərin real nəticə vermədiyini söyləyib.
Lent.az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, prezident alkoqollu içkilərin istehsalı və dövriyyəsi ilə bağlı şəraitin sərtləşdirilməsinin, spirt reklamının məhdudlaşdırılmasının, içkili vəziyyətdə gəzməyə görə cəzanın səviyyəsinin yüksəldilməsinin heç bir müsbət dəyişikliyə səbəb olmadığını vurğulayıb.
Dmitri Medvedyev deyib ki, əgər açıq danışılsa, alkoqolizm Rusiyada ümummilli fəlakət xarakteri daşıyır.
O, Səhiyyə Nazirliyinin hesabatına da toxunub. Həmin hesabata görə, ölkədə yeniyetmələr də daxil olmaqla, il ərzində adambaşına 18 litr təmiz spirt düşür. Prezident qeyd edib ki, bu həcm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) spirtlə bağlı bir insan üçün müəyyənləşdirdiyi normadan iki dəfə çoxdur: “Bu da insan sağlamlığı üçün təhlükəlidir”.
Dmitri Medvedyev hesab edir ki, alkoqolizmə qarşı mübarizə sistemli xarakter daşımalı və uzun müddət aparılmalıdır. O, alkoqolizmə qarşı uğurlu mübarizə aparan xarici ölkələrin təcrübəsindən də yararlanmağı zəruri sayıb.

Oxşar yazılar

Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39