Həmyerlimiz Ukraynada partiya sədrinin müavini oldu
Ukrayna vətəndaşı olan həmyerlilərimizin bu ölkənin ictimai-siyasi həyatında aktiv iştirakları Azərbaycan ictimaiyyətinə bəllidir. Bu fakt özünü 2004-cü ildə keçirilən və Andrey Viktoroviç Yuşşenkonun qələbəsi ilə başa çatan seçkilərdə də doğruldub.
Lent.az-ın Ukrayna müxbirinin verdiyi məlumata görə, bir neçə gün öncə daha bir həmyerlimiz ölkənin aparıcı siyasi partiyalarından olan “Edinstvo”nun Kiyevdə keçirilən 13-cü növbədənkənar qurultayında mühüm post tutub.
Gələn ilin yanvarında ölkədə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı gələcək planların müzakirə olunduğu və seçkilərlə əlaqədar strukturların formalaşdırıldığı toplantıda Ukraynanın milli qəhrəmanı, Kiyev şəhərinin keçmiş meri, hazırda Ali Radanın dövlət tikintisi və yerli özünüidarəetmə komitəsinin sədri olan Aleksandr Aleksandroviç Omelçenko partiyanın sədri seçilib. Müavın seçkilərində isə Ukrayna Azərbaycanlıları Konqresinin Odessa Vilayət Təşkilatının İcra Aparatının rəhbəri Bayram Əliyev uğur qazana bilib. Sədrin digər müavinləri isə Popoviç Valeri və Savçuk Viorel olublar.
Anar Ağayev

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü
5 iyun 2025 , 11:52
Tarixin ən isti ili nə vaxt olacaq?
5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır
5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı
4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə yatacaq
4 iyun 2025 , 19:59
Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı
4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI
3 iyun 2025 , 21:12