“Taliban” liderinin öldürüldüyü xəbəri yayıldı
Pakistanın Daxili İşlər Nazirliyi və ABŞ rəsmiləri bu gün “Taliban” lideri Beytullah Mesudun öldürüldüyünü ehtimal etdiklərini açıqlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Pakistanın Əfqanıstanla sərhəddəki Vəziristan bölgəsini dünən ABŞ-ın pilotsuz təyyarəsi bombalayıb.
Hava hücumu zamanı Beytullah Mesudun həyat yoldaşının öldüyü dəqiqləşib. Pakistanın daxili işlər naziri Rahman Melik bu gün keçirdiyi mətbuat konfransında deyib ki, böyük ehtimalla, bu hava hücumu zamanı “Taliban” lideri də ölüb.
Nazir Beytullah Mesudun öldüyü ilə bağlı Vəziristan əyalətindəki tayfaların nümayəndələrinin məlumat gətirdiklərini bildirib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi də bu məlumata inandıqlarını bildirib.
Qeyd edək ki, “Taliban” liderinin başına ABŞ 5 milyon dollar, Pakistan hökuməti 615 min mükafat qoymuşdu.

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü
5 iyun 2025 , 11:52
Tarixin ən isti ili nə vaxt olacaq?
5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır
5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı
4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə yatacaq
4 iyun 2025 , 19:59
Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı
4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI
3 iyun 2025 , 21:12