Amerikanın casus-peykləri Gürcüstanı nəzarətə götürdü
ABŞ Milli Təhlükəsizlik Şurasının məzuniyyətdə olan əməkdaşları geriyə işə çağırılıblar
Amerikanın casus-peykləri Gürcüstanın bütün ərazisini sutkaboyu nəzarətə götürüb. Lent.az-ın məlumatına görə, bu barədə Gürcüstanın “İmedi” telekanalı xəbər verib.
Məlumata görə, Vaşinqtonda ölkə rəhbərliyinə Cənubi Qafqazdakı vəziyyətlə bağlı detallı məlumat təqdim edən xüsusi qrup yaradılıb. Telekanal xəbər verir ki, bunu üçün ABŞ Milli Təhlükəsizlik Şurasının məzuniyyətdə olan əməkdaşları geriyə işə çağırılıblar.
“İmedi”nin bildiridiyinə görə, bu, ötən il Cənubi Osetiyada başlanmış müharibədən qərbin xəbərsiz olması faktının təkrarlanmaması üçün düşünülüb.
Hazırda regionda vəziyyət yenidən gərginləşir. Tərəflər bir-birini silahlı təxribatda suçlayır, Rusiyanın Cənubi osetiyadakı hərbi qüvvələri isə döyüş hazırlığı vəziyyətinə gətirilib.
Gürcüstan hesab edir ki, ötən il müharibə avqustun 7-də, Rusiya tanklarının respublika ərazisinə daxil olması ilə başlayıb. Rusiyanın mövqeyi isə belədir ki, müharibə avqustun 8-də gürcü qoşunlarının Sxinvaliyə hücumu ilə başlayıb.

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü
5 iyun 2025 , 11:52
Tarixin ən isti ili nə vaxt olacaq?
5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır
5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı
4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə yatacaq
4 iyun 2025 , 19:59
Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı
4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI
3 iyun 2025 , 21:12