Nobel mükafatını və qızıl medalı SSRİ ilə müharibəyə xərcləyən müəllimə - HEKAYƏT –
O, ədəbiyyat üzrə Nobel mükafatını almış ilk İsveç müəllifi kimi adını TARİXƏ yazdı!
O, ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın olaraq TARİXƏ düşdü!
Bu qadın, “Kosta Berlinqin saqası” (Gösta Berlings Saga,1891), “Görunməz zəncirlər” (Osynliga lankar,1894), “Antixrist möcüzələr” (Antikrists mirakler, 1897), “Malikanə hekayələri” (En herrgardssägen, 1899), Jerusalem (1901-02), “Cənab Arnesin xəzinəsi” (Herr Arnes penningar,1904), “Xrist möcüzələri”(Kristuslegender, 1904), “Nils holligerssonun möcüzəli səyyahəti” ( Nils Holgerssons underbara resa genom Sverige,1906-07), “Kirpi” (Körkarlen, 1912), “Portugaliya imperatoru” (Kejsarn av Portugallien, 1914), “Levenskaldların üzüyü” (Löwensköldska ringen, 1925), “Şarlotta Levenskold” (Carlotte Löwensköld,1927), “Anna Svard” (Anna Svärd,1928) və s. kimi məşhur və ölməz əsərlərin müəllifi kimi adını TARİXə əbədiyyən yazmış bir QADIN, bir ŞƏXSİYYƏTDİR! Bu qadın ölümündən 70 il keçməsinə baxmayaraq, bu gün də, sabah da unudulmayacaq və əbədiyyən xatırlanacaq, Selma Ottiliana Lovisa Laqerlöfdür! (Selma Ottilia Lovisa Lagerlöf).
O, bir örnək QADIN idi… O, yazdığı əsərləri ilə bütün dünyaya adını tanıtdı, ədəbiyyat üzrə ilk Nobel mükafatı alan QADIN oldu. Amma təkcə əsərləri ilə deyil, bəşəriyyət üçün xidmətləri ilə də adını TARİXƏ yazdı. O, 2-ci Dünya Müharibəsinin əvvəlində (SSRİ-Finlandiya) özünün Nobel mükafatı medalını və İsveç Akademiyasının onu təltif etdiyi qızıl medalı Sovet İttifaqına qarşı mübarizə aparmasında yardım göstərmək məqsədilə Finlandiya hökumətinə göndərdi! Bu QADIN Selma Ottiliana Lovisa Laqerlöf idi!
20 noyabr 1858-ci ildə Cənubi İsveçin Vermland əyalətində Laqerlöflər ailəsində bir qız dünyaya gəldi. İstefada olan zabit Erik Qustav Laqerlöf və qızlıq soyadı Valrot olan müəllimə Luiza Laqerlöf cütlüyü qızlarına Selma adını verdilər. Selma Ottiliya Lovisa Laqerlöf! İllər keçəcəkdi və o, öz adını TARİXə əbədiyyən yazacaqdı! Üstəlik o, öz adı ilə yanaşı ailəsinin və doğma Vemlandının da adını bütün dünyada məşhurlaşdıracaqdı!
Selma ailənin 5 övladından 4-cüsü idi. 3 yaşında balaca Selma iflic keçirdi və bir il yeriyə bilmədi. Keçirdiyi iflicin nəticələri Selmaya bütün həyatı boyu əziyyət verdi və o, həmişəlik axsaq qaldı. Keçirdiyi bu əziyyətlər onu sarsıtsa da sındırmadı! Selmanın yaşayıb-yaratmaq istəyi həmyaşıdlarından daha çox idi. O, evdə əsasən nənəsinin himayəsi altında böyüyürdü. Nənəsi ona çoxlu maraqlı nağıl və əfsanələr danışırdı. O, balaca olmasına baxmayaraq, çoxlu mütaliə edir, şeirlər yazırdı. Bir sözlə, balaca Selma əsl istedad idi. 7 yaşında roman yazacaq qədər böyük istedad! Selma artıq 9 yaşında İncili tam şəkildə oxumuşdu. Vaxtının çoxunu evdə keçirən və mütaliə ilə məşğul olan Selma, doğma qardaşlarına və həmyaşıdlarına nisbətən daha ciddi və sakit idi.
Ən böyük arzusu müəllimlik olduğundan, Selma Stokholmda Kral Ali Qadın Pedaqoji Akademiyasına daxil olur və oranı 1882-ci ildə bitirir. Elə həmin zaman atasının xəstəliyi şiddətlənir və bunun nəticəsində ailə Marbakkadakı evlərini çatmağa məcbur olurlar. Bu ailəni ciddi maddi çətinliklərlə üz-üzə qoyur. Üstəlik, 1885-ci ildə Selma atasını da itirir. Həm atasını, həm də evlərini itirməsi ona ağır zərbə olur. Amma o yenə sarsılmır, sınmır və həyatla mübarizə aparmağa davam edir! O, İsveçin qərbində Landskronda müəllim kimi işləməyə gedir və çox qısa zaman ərzində şagirdlərinin sevimlisinə çevrilir!
Vermland əfsanələri təsiri altında yazılan ilk romanı!
Selma, Vermlandın əfsanələri və gözəl təbiətinin təsiri altında roman yazır və onun birinci hissəsini “İdun” jurnalının təşkil etdiyi ədəbiyyat müsabiqəsinə göndərir. Təşkilatçılar onu müsabiqənin əsas mükafatı ilə təltif etməklə yanaşı, Selmaya bütün romanı jurnalda nəşr etdirməyi təklif edirlər. Bu, onun üçün önəmli bir şans idi. Artıq ədəbiyyat dünyasında sözünü deməyin vaxtı gəlib çatmışdı. Rəfiqəsi Sofi Aldesparın maddi dəstəyindən yararlanan Selma məktəbdən tətil götürərək, 1891-ci ildə ona bütün dünyada şöhrət qazandıracaq “Gosta Berlings saga” əsərini yazır.
Roman, Avqust Strinberq, Henrix İbsenin və Skandinaviyanın o dövrdə yaşamış digər yazıcılarına xas olan realizmdən uzaq, romantik janrda yazılmışdı. Əsərdə “bayronsayaq” qəhrəmanların sərgüzəştlərindən, o cümlədən dönük keşişdən bəhs edilir. Roman əvvəlcə yaxşı qarşılanmasa da, danimarkalı tənqidçi Georq Brandes əsərdə romantik dəyərlərin dirçəlişi ilə bağlı fikirlərini söyləyəndən sonra, əsər misilsiz şöhrət qazandı.
İlk romanın nəşrindən sonra Selma yenidən müəllimlik fəaliyyətinə qayıdır, çünki maddi vəziyyəti ona işindən ayrı qalmaq imkanı vermirdi. (Ümumiyyətlə, Selma Laqerlöf demək olar ki, 10 il Landskronda məktəb müəllimi kimi çalışmış və bu zaman əsas diqqətini uşaqlıqda öyrəndiyi əfsanələrdə nəql edilən hadisələrə yönəltmişdi).
Amma bir müddət sonra o, ikinci kitabını yazmaq üçün işindən yenidən ayrılır. Onun 1894-cü ildə nəşr edilən ikinci kitabı “Görünməz zəncirlər” adlanan novellalar toplusu da oxucular tərəfindən böyük maraqla qarşılanır. Elə həmin il Selma yazıçı Sofi Elkanla tanış olur və onlar yaxın rəfiqə olurlar. Kral II Oskar adından verilən təqaüd və İsveç Akademiyasının maddi dəstəyi nəticəsində, Selma bütün həyatını ədəbiyyata həsr etməyə başlayır. Siciliyaya səyahət edən zaman yazıçı ildə özünün növbəti əsərini, “Antixrist möcüzələr”i ilə bağlı materiallar toplamağa başlayır və 1898-ci ildə oxucuların ixtiyarına verir. Əsərdə nəql olunan hadisələr Siciliyada baş verir və yazıcı tərəfindən satirik dillə verilir.
Selmanın Fələstin və Misirə səyahəti onun iki cildli “Yerusəlim” əsərinin yaranmasına zəmin yaradır. (“Ierusalem: Dalarne”, 1901, “Ierusalem: In det heliga lander”, 1902). Əsərdə Fələstinə mühacirət etmiş isveçli fermer ailələrin həyatından bəhs edilir. Roman, fleqmatik görünən, lakin mənəvi ideal axtarışında olan İsveç kəndlilərinin dərin psixologizmini acıb göstərdiyinə görə, yüksək dəyərləndirilir. Əsərlərinin gətirdiyi şöhrət, Selmaya 1904-cü ildə vətəni Marbokkada malikanə almağa imkan yaradır. Elə həmin il o, İsveç Akademiyası tərəfindən qızıl medala layiq görülür!
2 il sonra Selma məşhur “Nils Hollgerssonun möcüzəli səyahəti” (“Nils Holgerssons underbara resa genom Svenge”) əsərini nəşr etdirir. 1907-ci ildə isə onun uşaqlar üçün digər bir məşhur əsəri - “Fermadan olan qız bataqlıqlarda” (“Tosen fran Stormyrtorpet”) işıq üzü görür. Hər iki kitab xalq arasında yayılmış rəvayətlər əsasında yazılıb. Hər iki əsərdə sehrli nağılların xəyalpərvərliyi ilə kəndliyə xas olan realizm uyğunlaşdırılıb. O, uşaqlar üçün yazdığı hekayələrinə görə öz ölkəsində çox sevilirdi. Bununla yanaşı, beynəlxalq aləmdə də onun əsərlərinə maraq çox böyük idi. Onun əsərləri parlaq təxəyyülün və mənəvi dəyərlərin bəhrəsi kimi qiymətləndirilirdi.
Bu səbəbdən də, ədəbi yaradıcılığı 1909-cü ildə Nobel mükafatını alması ilə nəticələndi. Nobel mükafatı ona ”əsərlərində yüksək idealizmi, parlaq təxəyyülü və mənəvi dəyərləri tərənnümünə” görə verildi. Beləliklə, Selma Laqerlöf ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İLK QADIN kimi TARİXə adını yazdı! Ümumiyyətlə isə o, Nobel mükafatı alan 3-cü qadın kimi TARİXə düşdü!
1909-u ildə ona Nobel mükafatı təqdim edilən zaman təntənəli təbrik üçün söz İsveç Akademiyasının üzvü Klaes Annerstedə veriləndə o, “Yest Berlinq haqda saqa”nın “zəmanəmizin qeyri-sağlam və qəlp realizmi ilə cəsarətlə hər şeyi dəlib keçməyi bir yana, istisna dərəcədə orijinal olmağı ilə möhtəşəm bir kitab olduğunu” söylədi. Daha sonra Annersted, Selma Laqerlöfün “öz yaradıcılığında” ilin təmizliyi və sadəliyi, üslubun gözəlliyi və xəyalın zənginliyini etik qüdrət və ürfani hisslərin dərinliyi ilə birləşdirdiyini qeyd etdi.
Nobel mükafatını aldıqdan sonra da, Laqerlöf Vermland və onun rəvayətlərini, təcəssüm etdirən dəyərlərdən yazmağa davam edir. O, həmçinin vaxtının çox hissəsini feminizm məsələlərinə həsr edirdi. Feminizm hərəkatının fəalı kimi, 1911-ci ildə o, Stokholmda beynəlxalq qadın konfransında çıxış edir. 1924-cü ildə isə Qadınlar Konqresinin üzvü kimi ABŞ-a dəvət edilir.
1914-cü ildə Selma Laqerlöf İsveç Akademiyası komitəsinin birbaşa üzvü seçilir. 20-ci illərin əvvəllərində onun adı aparıcı isveç yazıçıları ilə bir sırada çəkilirdi. Həmin dövrdə onun bir sıra avtobioqrafik romanları da cap olundu. Onlardan biri “”Morbaka” idi ki, onun uşaqlıq xatirələrini əks etdirirdi. Laqerlöfün bir neçə romanı ekranlaşdırılıb və böyük şöhrət qazanıb. İsveç təbiətinin unudulmaz mənzərələrini və ənənələrini təsvir və tərənnüm etdiyinə görə onu İsveçdə çox dəyərləndirirlər.
Selma xarici ölkələrdə də məşhurlaşmışdı, amma ona olan münasibət birmənalı deyildi. Selma Laqerlöfün monoqrafiyasına ön sözü yazmış ingilis yazıçısı Viktoriya Sekvil-Uest qeyd edirdi ki, “Laqerlöfün miflər, saqlar və rəvayətləri çox uğurlu alınsa da psixologiya və adi yaşayış, güzəran haqqında bunu demək olmaz”. Digər bir ədəbiyyatşünas Erik Yohanessson Laqerlöfü danimarkalı yazıçı İsaak Dinesonla müqayisə edərək yazır ki, “Skandinaviya araşdırmaları”nda (1960) Laqerlöfün dünyası daim münaqişədə olduğu mənəvi dünyadır, orada Tanrı qəhrəmanları inamla xoşbəxt sonluğa aparır. Bu səbəbdən onun kitabları bəzən didaktik çalar daşıyır”. İsveç bəstəkarı Hügo Alfenə görə isə “Laqerlöfün oxumaq, yarıqaranlıq ispan qəsrində oturmaq və bunun yuxu və ya gerçək olub-olmadığının fərqinə varmadan bütün varlığınla bunların müqəddəs yerdə baş verdiyini hiss etməyə bərabərdir”.
Selma Laqerlöfün əsas yaradıcılığına “Qüds”, “Levenskeldlərin üzüyü” və “Xəzinə” kimi romanlar daxildir. Kontinental Avropa boyu səyahət Siciliyada yazılmış “Antixrist Möcüzələri” kimi əsərinin yaranmasına ilham verməsinə baxmayaraq, hekayələrinin çoxunu o, Varmlandda (Varmland) yazıb.
İkinci dünya müharibəsinin əvvəlində özünün Nobel mükafatı medalını və İsveç Akademiyasının onu təltif etdiyi qızıl medalı, Sovet İttifaqına qarşı mübarizə aparmasına yardım göstərmək məqsədilə Finlandiya hökumətinə göndərdi. O, ömrünün son illərini Sunna şəhərində yaşayırdı. Burada onu çox sevir və hörmət edirdilər. Onu o qədər çox sevirdilər ki, hətta iki mehmanxanaya bu qadının şərəfinə Selma Laqerlöf adını vermişdilər.
81 il mənalı ömür sürmüş Selma Laqerlöf 1940-cı ildə uzun sürən xəstəlikdən sonra Marbakkadakı evində peritonitdən xəstəliyindən dünyasını dəyişdi. Dünya şöhrətli bu xanımın Marbakkadakı malikanəsi indi muzey kimi qorunub saxlanılır. 1947-ci ildə Hamburqun Vellinqsbyuttel rayonunun Buhenveq küçəsi dəyişdirilərək Lagerlöfstrasse adlandırıldı.
1991-ci ildən etibarən onun şəkli İsveçin pul vahidi olan 20 kronluğun üzərini bəzəyir, onun büstü bu gün də insanların məhəbbət və hörmətlə baxdıqları bir abidədir!
Dünya şöhrəti qazanmış ədəbiyyat üzrə ilk Nobel mükafatı almış Selma Laqerlöf artıq 60 ildir aramızda yoxdur. Amma onun xatirəsi daim əziz tutulub, müxtəlif yerlərdə abidə və heykəlləri ucaldılıb, şəkli pul vahidi üzərinə əks olunub, həyat və fəaliyyətinə dair maraqlı əsərlər yazılıb, evi bu gün də muzeyi fəaliyyət göstərir. Amma ən əsası, illər onun əsərlərinə olan oxucu marağını azalda bilməyib, adını TARİXƏ yazan bu böyük QADIN və ŞƏXSİYYƏTƏ marağı azalda bilməyib. İllər keçəcək, bu yenə də belə olacaq…
Əsl Ədəbiyyat da elə bax budur!

1281